Azərbaycanda daha bir neçə bank bağlana bilər

Azərbaycanda daha bir neçə bank bağlana bilər
Azərbaycanda bankların bağlanma prosesi davam edəcək. Beynəlxalq Valyuta Fondu (BVF) belə hesab edir

BVF-nin Direktorlar Şurası 2016-cı il sentyabrın 9-da Azərbaycanın IV maddə üzrə icmalının nəticələrini təsdiq edib.

“Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bank sektorunun kredit portfelini qiymətləndirib. Diaqnostika stress-testlər və səyyar yoxlamalardan ibarət olub. Bu qiymətləndirmənin yekunları ilə bağlı hesabatda palata bankları 3 qrupa ayırıb: 1-ci qrupa sistem əhəmiyyətli banklar, 2-ci qrupa bəzilərinin kapital və likvidlik çatışmazlığı ilə üzləşdiyi orta həcmli banklar, 3-cü qrupa MBNP-nin 2016-cı ilin sonunadək bağlamaq niyyətində olduğu kiçik və həyat qabiliyyəti olmayan banklar daxildir”, – deyə hesabatda qeyd olunur.

BVF-nin icmalına əsasən, bank sistemi depozitlərinin 22%-i 3-cü qrupa daxil olan bankların payına düşür.

nezaret palatasi“Azərbaycanda hazırda fəaliyyət göstərən bankların heç birinin lisenziyasını geri çağırmağı planlaşdırmırıq və mətbuatda bu mövzuda gedən spekulyasiyalar əsassızdır”.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Beynəlxalq Valyuta Fondunun (BVF) Direktorlar Şurasının Azərbaycanın IV maddə üzrə icmalının nəticələrinə əsasən ölkədə bir neçə bankın bağlanacağı ilə bağlı məlumatlara münasibətində deyilir.

“Beynəlxalq Valyuta Fondunun bu məlumatı ilə bizdə tanışıq. Bu hesabat Fondun iyun ayında Azərbaycana olan missiyası əsasında hazırlanıb. Bu missiyadan sonra iyul ayının sonunda biz 4 bankın lisenziyasını ləğv etdik və öncədən lisenziyası geri çağırılmış 2 bankın ləğvetmə prosesin başladıq. Bu proses artıq başa çatıb, hazırda fəaliyyət göstərən bankların heç birinin lisenziyasını geri çağırmağı planlaşdırmırıq və mətbuatda bu mövzuda gedən spekulasiyalar əsassızdır”, – deyə məlumatda vurğulanıb.

Politika.Az



Oxunub: 755


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il