“Akkord” sakinləri mitinq keçirəcək - Özbaşınalıq

“Akkord” sakinləri mitinq keçirəcək
“Akkord” tikinti şirkətinin sakinləri aksiyaya hazırlaşır

Politika.Az-a verilən məlumata görə
, “Uğur-2” yaşayış kompleksində yaşayanlar toplaşmaq qərarı verib.

Onların sözlərinə görə, Bakıxanov qəsəbəsində yerləşən 8 binadakı vəziyyətlə bağlı dəfələrlə müraciət olunub, mətbuatda ictimailəşdirilib.

Amma “Akkord” şirkəti heç bir reaksiya vermir. Şirkətin işi binaları tikib satmaq və laqeydlikdən ibarətdir. İndiyə qədər maraqlanmırlar ki sakinlərin hansı problemləri var.

Onların sözlərinə görə, 8 binada liftlər bərbad vəziyyətə düşüb və heç bir tədbir görülmür. Bu liftlərin yenilənməsinə, monitorun dəyişməsinə, güzgülərin əvəzlənmədinə ehtiyac var.

Hər an təhlükə riski olan bu liftlərdən gündəlik istifadə olunur.

Şirkət rəhbərliyi isə nə vaxtsa arzuolunmaz faciə yaşanmasını gözləyir. Sakinlər bildirirlər ki, şikayət etməkdən və mediada işıqlandırmaqdan beziblər. Ona görə də 8 binanın sakini toplaşaraq etiraz aksiyası keçirməyə hazırlaşır. Sakinlər prezidentə müraciət etməyə hazırlaşır.


Politika.Az



Oxunub: 1355


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il