Həftə sonu dollar yenidən bahalaşacaq

Həftə sonu dollar yenidən bahalaşacaq
Dolların ucuzlaşması bu həftənin sonunda dayanacaq və yenidən bahalaşma tendensiyası davam edəcək

Etibarlı mənbənin cebhe.info-ya verdiyi məlumata görə, bu həftə Mərkəzi Bank valyuta hərracına yenidən əvvəlki qaydada 50 milyon dollarla iştirak edəcək. Bu da yenidən bankların tələbatını ödəməyə bəs etməyəcək.

Mənbə bildirib ki, dolların nisbətən ucuzlaşmasının səbəbi Mərkəzi Bank və Dövlət Neft Fondunun valyuta hərraclarına 2 həftə ərzində 450 milyon dollar çıxarması oldu. Qeyd edək ki, ilkin olaraq kommersiya banklarının 340 milyon dollar tələbinin qarşılığında Mərkəzi Bank Dövlət Neft Fondu ilə birlikdə 300 milyon, ötən həftə isə 150 milyon dollar çıxarıldı və banklar bunun 80 milyonu aldı. Bu da dolların məzənnəsində müvəqqəti ucuzlaşma yaratdı. Amma artıq bu həftədən etibarən Mərkəzi Bank hərraclarda 50 milyon dollarla iştirak edəcək ki, bu da dolların yenidən möhkəmlənməsi deməkdir.

Politika.Az



Oxunub: 668


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il