İcra başçısı baş redaktoru həbslə hədələdi

İcra başçısı baş redaktoru həbslə hədələdi
“Nia.az” xəbər portalının baş redaktoru Bəhruz Əliyev Neftçalanın icra başçısı İsmayıl Vəliyev tərəfindən təzyiqə məruz qaldığını və həbslə hədələndiyini bəyan edib

Bu barədə qaynarinfo.az-a məlumat verən baş redaktorun sözlərinə görə, bir neçə gün əvvəl “Nia.az” xəbər portalında “Boss”-ların yağlı tikə uğrunda amansız savaşı – NEFTÇALADA” başlıqlı tənqidi yazı dərc olunub.

Məqalədə Neftçala rayonunun İcra başçısı İsmayıl Vəliyevin və onun adamlarının özbaşınalıqları tənqid olunub. Özünü hüquq mühafizə orqanlarının işcisi kimi təqdim edən şəxs saytın rəhbərini hədələyərək, həmin yazının internet resurslarından tezliklə qaldırılmayacağı təqdirdə onun həbs olunacağını bildirib. Hüquq mühafizə orqanlarının işçisi Bəhruz Əliyevə bildirib ki, İsmayıl Vəliyev yuxarılarla danışıb və onun həbs olunmağı an məsələsidir.

İsmayıl Vəliyev bu dəfə sayt rəhbərini şərləyərək həbs etdirmək sevdasına düşüb.

Politika.Az



Oxunub: 540


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il