Azərbaycanlı oliqarxın yaxtası dünyada birinci yerə çıxdı

Azərbaycanlı oliqarxın yaxtası dünyada birinci yerə çıxdı
Monakoda keçirilən ənənəvi yaxta şou-sərgisi “Monaco Yacht Show”-da azərbaycanlı neft maqnatı, “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovun yaxtası dünyanın ən yaxşı yaxtası adına layiq görülüb

Virtualaz.org “Forbes” jurnalının rus versiyasına istinadən xəbər verir ki, “Galactica Super Nova” adlı 70 metrlik yaxta ən yaxşı yeni yaxta və ən yaxşı dizayn kateqoriyalarında tamaşaçıların ən çox simpatiyasını qazanaraq birinci yerə çıxıb. Bu, dünyada korpusu alüminiumdan hazırlanmış ən böyük yaxtadır.
Azərbaycanlı oliqarxın yaxtası dünyada birinci yerə çıxdı
Yaxta Hollandiyanın “Heesen” tərsanəsində cəmi 41 aya yığılıb və bu il milyarderə təqdim olunub. Yaxta-şouda Ələkbərovun yaxtası 13 yaxta arasından birinci seçilib. “Hesab etmirəm ki, ən yaxşı yeni yaxta mükafatını “Galactica Super Nova”nın qazanması kimlərisə təəcübləndirdi. Yaxtanın dizayneri Espen Oenio hazırda dünya yaxta dizaynı üzrə ən yaxşı mütəxəssisdir və onun layihələri həmişə uğur qazanır”-“YachtHarbur”un əsasını qoyan Dmitri Semenixin “Forbes”ə bildirib.
Azərbaycanlı oliqarxın yaxtası dünyada birinci yerə çıxdı
Onun sözlərinə görə, Heesen tərsanəsi özünün ən yüksək tikinti keyfiyyəti və texniki innovasiyaları ilə fərqlənir. Ələkbərovun yaxtası ölçülərinin böyük olmasına baxmayaraq saatda 30 uzl sürətlə hərəkət edir.

Monako yaxta-şousu bu gün işə başlayıb və oktyabrın 1-nə qədər davam edəcək. Mərasimdə dünyanın bir çox məşhurlarının və milyarder-oliqarxların yaxtaları iştirak edir.
Azərbaycanlı oliqarxın yaxtası dünyada birinci yerə çıxdı

Politika.Az



Oxunub: 815


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il