Təfəkkür Universitetində nələr baş verir - Video

Təfəkkür Universitetində nələr baş verir
Təfəkkür Universitetində bir neçə tələbə universitetdən qovulub

Buna səbəb onların təhsil haqqını vaxtında ödəməmələri olub. Təhsil Nazirliyindən isə bu vəziyyətdə qanunun tələblərinin pozulmadığı və bu məsələnin universitetin daxili işi olduğunu bildirilib.

Sözügedən universitetdə oxuyan həmin tələbələrdən bir qisminin “Xəzər Xəbər”ə verdiyi məlumata görə, onların qovulmasına səbəb imtahan kəsirlərinin olması və təhsil haqqını vaxtında ödəməmələri olub.

Məsələ ilə bağlı Universitetin Tədris Metodika İdarəsinin rəisi İlham Musayev deyir ki, tələbələr imtahan kəsiri olduğuna görə universitetdən xaric edilməyiblər..
Belə vəziyyətdə də tələbələr bir semestr boyunca dərslərdə iştirak etmədikləri üçün həmin dərsləri yenidən keçməli olacaqlar.

Əgər tələbə universitetdən xaric olunduqdan sonra hərbi xidmətə getsə, o, xidmətini başa vurduqdan sonra təhsil haqqını ödəmək şərtilə təhsilini davam etdirə bilər.
Məsələyə münasibət bildirən Təhsil Nazirliyinin şöbə müdiri Cəsarət Valehov bu addımın universitetin daxili işi olduğunu və problemin ali məktəbin daxili əsasnaməsi ilə tənzimləndiyini deyib.



Politika.Az



Oxunub: 630


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il