“Bakcell”in oğurluğu davam edir - nazirə şikayət

“Bakcell”in oğurluğu davam edir
Azərbaycanda mobil operator şirkətlərindən elə gün yoxdur ki şikayət olunmasın

“Azercell”, “Bakcell” və “Azerfon” vətəndaşları aldatmaqda, fırıldaqçılıqda, balansdan kontur silməkdə ittiham olunur.

Bu barədə tez-tez şikayət məktublarını dərc edirik. Ancaq hər üç şirkət ittihamlara reaksiya vermir, özünü haqlı çıxarır. Halbuki, abunəçilər faktlar təqdim edir və şirkətlərin soyğunçuluq siyasətini ifşa edir.

Politika.Az-a daha bir şikayət “Bakcell” mobil operatorundan var. Günay Vəliyeva adlı abunəçi yazır ki, bu günədək bu mobil şirkətin oğru olduğuna inanmağı gəlmirdi:

“Ancaq başıma gələndən sonra aydın oldu ki abunəçiləri soyurlar. Hər dəfə mesaj gəlirdi ki 1, 60 manat və ya 1,45 manat hesabınızdan çıxıldı. Bu gedişlə 19 manat balansımdan silindi. Ayıbdır vallah, müştərilərin hesabından əsassız yerə kontur silmək ayıbdır”.

Artıq "Bakcell” mobil operatoru kütləvi şəkildə boykot olunur. Şirkətin abunəçilərinə qarşı soyğunçu və fırıldaq siyasəti kampaniyanın daha da genişlənməsinə səbəb olub.

Mobil operatorun vətəndaşları aldatması barədə hər gün onlarla şikayət məktubu daxil olur ki, faktlar heyrət doğurur.

"Bakcell” abunəçilərin narazılığına məhəl qoymadan onlara kələk gəlməklə gəlir əldə edir. Vətəndaşlar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edəcəyini qeyd edib.

Qarşı tərəfi dinləməyə hazırıq.

Politika.Az



Oxunub: 1654


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il