“Mərkəzi Bank çap maşınını işə salıb… ölkənin valyuta sisteminin altında mina qoyur” - Ekspert

 ölkənin valyuta sisteminin altında mina qoyur”
“Lisenziyası ləğv olunan "Bank Standart"ın əmanətçilərə ödəyəcəyi 450 milyon manata yaxın vəsaiti də Mərkəzi Bank ödəyəcək. Çünki Fondun özünün vəsaiti tam tükənib. Bundan əvvəl bağlanan 10-dək bankın da qorunan depozitləri üçün Fonda 200 milyon manata yaxın vəsait ödənmişdi”

Politika.Az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev deyib.

Onun sözlərinə görə, Beynəxalq Bankın problemli aktivlərinin təmizlənməsi üçün Mərkəzi Bank hökumətə 6 milyard manata yaxın borc yönəldir. Hökumət bu pulu Mərkəzi Banka 2040-cı ildə qaytarmalıdır:

“Diqqət edin: təkcə 2 il ərzində Mərkəzi Bank tərəfindən bank sektorunun bataqlıqdan çıxarılmasına 7 milyard manata yaxın kredit yönəldilir. Əlavə olaraq, iri dövlət şirkətlərinə (AzAl, SOCAR) 2 milyard manatdan çox dövlət zəmanəti ilə kredit ayrılıb. Mərkəzi Bank çap maşınının işə salıb çox sürətlə və böyük həcmdə bir tərəfdən dövlət şirkətlərinə, bir tərəfdən bank sektoruna borc pullar paylayır. Dünyada Mərkəzi Banklar kredit emissiyası vasitəsilə iqtisadiyyatı stimullaşdırır, emissiya olunan hər dollar vəsait real sektorda ən azı 4-5 dollar yeni pul yaradır. Bizdə isə Mərkızi Bank təmizləyici suvuran maşın kimi səmərəsiz və yanlış idarəetmənin yaratdığı problemli aktivləri təmizləmək funksiyası yerinə yetirir. Mərkəzi Bankın kredit emissiyası nəinki dəyər yaratmır, əksinə bazarda xarici valyutaya çevrilməklə ölkənin valyuta sisteminin altında minaya çevrilir...”

Politika.Az



Oxunub: 614


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il