“Bank Standart"ında borcunu Elman Rüstəmov ödəyəcək - 7 milyard gedib

“Bank Standart"ında borcunu Elman Rüstəmov ödəyəcək
“Bank Standart"ın əmanətçilərə ödəyəcəyi 450 milyon manata yaxın vəsaiti də Mərkəzi Bank ödəyəcək. Çünki Fondun özünün vəsaiti tam tükənib. Bundan əvvəl bağlanan 10-dək bankın da qorunan depozitləri üçün Fonda 200 milyon manata yaxın vəsait ödənmişdi”

Bunu Politika.Az-a iqtisadçı Rövşən Ağayev söyləyib.

Onun sözlərinə görə, təkcə 2 il ərzində Mərkəzi Bank tərəfindən bank sektorunun bataqlıqdan çıxarılmasına 7 milyard manata yaxın kredit yönəldilir: “Əlavə olaraq, iri dövlət şirkətlərinə (AzAl, SOCAR) 2 milyard manatdan çox dövlət zəmanəti ilə kredit ayrılıb.

Mərkəzi Bank çap maşınının işə salıb çox sürətlə və böyük həcmdə bir tərəfdən dövlət şirkətlərinə, bir tərəfdən bank sektoruna borc pullar paylayır. Mərkəzi Bankın kredit emissiyası nəinki dəyər yaratmır, əksinə bazarda xarici valyutaya çevrilməklə ölkənin valyuta sisteminin altında minaya çevrilir”.

Politika.Az



Oxunub: 3941


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il