"İmkan versələr, həmsədrlərin aeroportda şalvarını soyunduraram" - Sərt açıqlama

"İmkan versələr, həmsədrlərin aeroportda şalvarını soyunduraram"
"ATƏT-in Minsk qrupu ermənilərin mənafeyini müdafiə edən bir qurumdur. Amma çox təəssüf ki, bəzi qüvvələr bu qurumun fikirlərinə aldana-alada 23 ildir başımızın altına yastıq qoyurlar”

Bu fikirləri mia.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O qeyd edib ki, ATƏT-in Minsk qrupu heç vaxt Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olunmasına çalışmayıb və bundan sonra da çalışmayacaq: "Həmsədrlərin əksəriyyəti ermənipərəsdir. Onlar açıq şəkild erməniləri müdafi edirlər. Gedirlər Ermənistanda yeyib-içib bir söz deyirlər, gəlirlər burada başqa söz. Bu qurumun üstündən xətt çəkmək lazımdır. ATƏT-in Minsk qrupununu formatı dəyişdirilməli və burada Türkiyə burada təmsil olunmalıdır”.
"İmkan versələr, həmsədrlərin aeroportda şalvarını soyunduraram"

Partiya sədri deyib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycana buraxılmamalıdır: ”Mənə imkan versələr həmsdərlərin aeroportda şalvarlarını soyunduraram. Biz bundan sonra 23 ild də gözləyə bilmərik ki, 4 nəfər alkaş Dağlıq Qarabağın taleyini həll edəcək. Ordumuzun gücü ilə işğaldakı torpaqlarınızı azad etməliyik. Bu qurumda təmsil olunan həmsədrlər ermənipərəst mövqedə olduqları üçün Azərbaycana buraxılmamalı və onlara demək "rədd ol!” komandası verilməlidir”.

Politika.Az



Oxunub: 1064


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il