“Görərik MTN-nin agenti kim olub...” - Eynulla Fətullayevə sərt xəbərdarlıq

“Görərik MTN-nin agenti kim olub...”
Baş redaktor: "Eynulla Eldar Mahmudovun keçirdiyi uğurlu "əməliyyat"lara mədiyyələr qoşanda, mən..."

"Gündəm-xəbər” qəzetinin baş redaktoru Şirin Cəfəri Eynulla Fətullayevin rəhbəri olduğu Virtualorg.az saytında onun Eldar Mahmudovun agenti olması ilə bağlı yaydığı məlumata sərt reaksiya verib.

Politika.Az azinforum.az-a istinadən xəbər verir ki, Baş redaktor açıqlamasında Eynulla Fətullayevin etdiyi yalnış əməli cavabsız qoymaq niyyətində olmadığını deyib:

"Mən, bu adamın davranışlarına təəccüb edirəm. İnsan öz həmkarlarına, ona vaxtilə arxa duranlara qarşı nə qədər aqresiv olarmış?

Dünən məni DİN əməkdaşları evimdəm aparıblar. Mediada mənim həbs edilməyimlə bağlı xəbər yayılıb. Eynulla Fətullayev fürsətdən istifadə edərək, mənim həbsimlə əlaqəli xəbəri "Eldar Mahmudovun daha bir agenti həbs edildi” başlığı ilə təqdim edib.

Eynulladan fərqli olaraq, mənim Eldar Mahmudov və onun ətrafı ilə heç bir yaxınlığım olmayıb. Ancaq Eynullanın vaxtilə buraxdığı qəzetə faktların və maliyyənin kimlər tərəfindən ötürüldüyünü mən yaxın günlərdə açıqlayacam.
“Görərik MTN-nin agenti kim olub...”
Onda görərik agent kim olub.

Eynullanın yaddaşını təzələmək üçün bildirirəm ki, mənim rəhbəri olduğum qəzetdə Akif Covdarov və sabiq MTN-nin başqa rəhbər şəxsləri barədə silsilə tənqidi materiallar dərc olunanda, Eynulla Eldar Mahmudovun keçirdiyi uğurlu "əməliyyatlara” mədiyyələr qoşurdu.

Mətbuat həm də bir arxivdir. Bir qədər geriyə qayıtmalı olsaq, ortaya dəhşətli faktlar çıxacaq. Mənim qəzetimin bütün "podşivkaları” durur. Bundan sonra, arxiv materiallarına müraciət etməli olacam.

Əminəm ki, Eynulla kimə şər atdığının fərqinə varacaq.

Məsələnin bir mənəvi tərəfi də var. Həmkarlıq prinsiplərini kənara qoyuram. Eynulla həm də həbs görmüş adamdı. Adətən belə adamlar kiminsə həbsə düşməyini arzulamırlar.

Görünür, onun həbsxana həyatı da yaxşı keçməyib ki, cəmiyyətə qarşı belə aqresiya püskürür. İstəsə, bu mövzuya da toxunaram.

Ancaq o həbsxanada olanda, onun oyunbazlığını bilə-bilə birmənalı dəstək nümayiş etdirmişəm. Bu haqqımı da ona halal etmirəm”.

Şirin Cəfəri Azinforum.az-a bildirib ki, onun bəzi faktlara aydınlıq gətirmək üçün polisə aparıblar:
"Özümə qarşı heç bir kobudluq görmədim. Normal söhbətdən sonra sərbəst buraxıldım”.

Politika.Az



Oxunub: 2619


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il