40 günlük körpə satışa çıxarıldı - Foto

40 günlük körpə satışa çıxarıldı
Politika.Az xəbər verir ki, məşhur ticarət saytı olan Ebayda 40 günlük bir qız uşağı 5 min avroya satışa çıxarılıb.

Ebayda yer alan reklamda bir aylıq qız uşağının adının Mariya olduğu və Almaniyanın Duisburg şəhərində yaşadığı məlumatları da qeyd edilib. Körpənin şəkillərini də səhifəyə yükləyərək "40 günlük körpə Mariya satılır" deyə yazıblar.

Ebay saytında yer almış bu ağlasığmaz reklam yarım saat içində sosial mediada və internet forumlarında tənqidlə qarşılanıb. Reklamı görən bir çox adam polisə məlumat verib.

Ebay rəsmisi Pyer Du Bois məsələ ilə bağlı bir çox şikayət aldıqlarını və kiçik uşağın satış elanının yer aldığı reklamı saytdan çıxardığını bildirib.

Du Bois 40 günlük körpənin satışa çıxarıldığı elanın pis bir zarafat etmək məqsədilə, yoxsa gerçək bir təşəbbüs olduğunu bilmədiklərini, polisin məsələ haqqında istintaqa başladığını da əlavə edib.
40 günlük körpə satışa çıxarıldı

Politika.Az



Oxunub: 786


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il