Oliqarxın şəriki olan icra başçısının sonu çatır

Oliqarxın şəriki olan icra başçısının sonu çatır
Neftçala rayon icra başçısı İsmayıl Vəliyevin vəzifədən uzaqlaşdırılmasına sayılı günlər qalıb. May ayında 5 ili tamam olan icra başçısının vəzifədən uzaqlaşdırılması barədə müxtəlif məlumatlar yayılıb

Mediafax.Az-ın məlumatına görə, Rayonda abadlıq-quruculuq işlərini yarımçıq qoyan, işlərin öhdəsindən gələ bilməyən icra başçısı vəzifədən alınacağını çoxdan hiss edib. Odur ki, indi vaxt udub pul qazanmaqla məşguldur. İndi bütün diqqəti pambıq yığımına və ondan gələn gəlirə ayıran icra başçısı bu yolla pul qazanmağın yolunu hələ pambıq əkini başlayan zamanı tapıb.

Belə ki, icra başçısı bu işə "Salyan Pambıqtəmizləmə qapalı tipli MMC”nin rəhbəri, oliqarx Bahəddin Leysanovla birlikdə start verib. Bütün pay torpaqları sakinlərin əlindən alınaraq onları aldadıblar. Bu torpaqlara dövlətin ayırdıgı subsidiyalarla pambıq əkilib.

Torpaq sahibinı isə qəpik-quruş verilib. Hazırda pambıq yığımı başlayıb və icra başçısı İsmayıl Vəliyev Neftçaladan son olaraq boyuk məbləğdə pulla ayrılmaq istəyir. Yəqin ki, o, digər milyonlar kimi, bunu da qazanacaq.

Daha bir maraqlı məqam isə Neftçalaya kimin icra başçısı təyin olunmasıdır. Mediafax.Az-a daxil olan məlumata görə, bu posta çoxdandı yiyələnmək istəyən şəxs Salyan rayon icra başçısının birinci müavini Rəşad Cəbrayılovdur. Yüksək çinli məmurlardan birinin yaxın qohumu olan Rəşad Cəbrayılov bu posta real namizəddir.

Yaxın vaxtlarda onun rayona icra başçısı təyin olunması reallaşa bilər. Salyana icra başçısı təyin olunmaq istəyən Rəşad Cəbrayılovun bu istəyini indiki icra başçısı Sevindik Hətəmov puç etmişdi. Hətta bu səbəbdən onlar arasında ciddi konfliktlər də yaranmışdı. Sevindik Hətəmov Salyana icra başçısı təyin olunanda Rəşad Cəbrayılovu iclasdan qovmuşdu. Beləliklə, Neftçala sakinləri yeni icra başçısını gözləyir.

Politika.Az



Oxunub: 1080


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il