5 hektar ərazidə torpaq uçqunu: 4 metr hündürlükdə divar aşdı - Bakı məktəbində həyəcan

 4 metr hündürlükdə divar aşdı
Bakı şəhəri Xətai rayonu 48 saylı orta məktəbin ərazisində istinad divarı uçub, ərazidə uçqun baş verib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov APA-ya deyib ki, son günlər yağan yağışların nəticəsində 48 saylı orta məktəbin ərzisində idman meydançasının kənarında 25 metr uzunluğunda, 4 metr hündürlüyündə istinad divarı uçub.

Onun sözlərinə görə, torpaq yuyulub, istinad divarı dayanıqlığın itirib, nəticədə uçqun baş verib.

R. Həsənov qeyd edib ki, uçqun 5 hektar ərazini əhatə edib: "İstinad divarının uçması nəticəsində torpaq 2 metrə qədər irəli gəlib”.

Politika.Az



Oxunub: 661


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il