Bakıda şagirdi döyən müəllim və direktor işdən çıxarıldı

Bakıda şagirdi döyən müəllim və direktor işdən çıxarıldı
Bakı şəhəri 247 nömrəli tam orta məktəbin şagirdinə müəllimi tərəfindən xəsarət yetirilməsi barədə məlumat aidiyyəti üzrə araşdırılıb və təsdiqini tapıb

Bakı şəhəri üzrə Təhsil idarəsinin mətbuat xidmətindən istiqlal.az-a verilən xəbərə görə, idarə tərəfindən müəllimin orta məktəb şagirdinə qarşı xəsarət yetirməsi faktı üzrə tədbirlər görülüb.

Belə ki, Bakı şəhəri 247 nömrəli tam orta məktəbin şagirdinə müəllimi tərəfindən xəsarət yetirilməsi barədə məlumatlar aidiyyəti üzrə araşdırılıb və təsdiqini tapıb. Müəyyən olunub ki, məktəbin riyaziyyat müəllimi Sevil İsmayılova peşə fəaliyyəti zamanı "Müəllimlərin etik davranış qaydaları"nın tələblərini pozub. Məktəbin direktoru Raya Allahverdiyeva isə faktla bağlı vaxtında zəruri tədbirlər görməyərək, S.İsmayılovanı məsuliyyətdən yayındırmağa çalışıb.

Araşdırmanın nəticəsi olaraq 247 nömrəli tam orta məktəbin direktoru Raya Allahverdiyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. Məktəbin riyaziyyat müəllimi Sevil İsmayılova ilə bağlanmış əmək müqaviləsi isə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv olunub.

Politika.Az



Oxunub: 682


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il