1500 manat civarında maaş alan icra başçısının dəbdəbəli həyat tərzi - ilginc iddia və faktlar (Fotolar)

1500 manat civarında maaş alan icra başçısının dəbdəbəli həyat tərzi
Ölkəmizdə dəbdəbəli həyat tərzi sürən məmurlarından biri də Sabirabadın icra başçısı Nazim İsmayılov və ailə üzvləridir

2001-ci ildən Göyçay, Şamaxı və Sabirabad rayonlarına başçılıq edən 64 yaşlı icra başçısı bu və digər yollarla topladığı milyonları özünün və ailəsinin lüks həyatına sərf edir.

Bakıda bir neçə villası, yüzminlərlə manat dəyərində maşınları, başqa dəyərli obyektləri olan Nazim İsmayılov hər zaman övladları ilə bağlı gündəmdə olub. N.İsmayılovun oğlanlarının adı ən müxtəlif qalmaqallarda hallanıb. Son illər ərzində mediada yer alan və rəsmən təkzib olunmayan həmin məlumatları cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq:

Atasının xidməti maşınında qəza törədib?

Hələ 2014-cü ilin əvvəllərində Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılovun kiçik oğlunun qəza törətməsi haqda xəbər yayılmışdı. Məlumata görə, "hadisə Pambıq Zavodunun qarşısında baş verib. Atasının xidməti 54 AA 001 nömrə nişanlı "Prado” avtomobilini idarə edən kiçik İsmayılov birdən-birə iki "VAZ 06” markalı avtomobili əzib. Maşınlardan biri yararsız hala düşüb. Zədələnən "Jiquli”lərdə həmin vaxt adam olmayib. Onlar yaxınlıqdakı aptekdə imiş.

Polis hadisə yerinə gələrək başçının xidməti avtomibilini hadisə yerindən aparıb”. O zaman Sabirabad Rayon Polis İdarəsi məlumatı nə təkzib, nə də təsdiq etmişdi.

36 min dollara satışa çıxarılan maşın


İcra başçısının oğlunun adının avtomobillə bağlı hallanmasında bu yeganə hal deyil. Belə ki, cumhuriyyet.az olaraq bu istiqamətdə media üzərindən apardığımız araşdırmalar zamanı başqa bir məlumata da rast gəldik:
1500 manat civarında maaş alan icra başçısının dəbdəbəli həyat tərzi
Nazim İsmayılovun oğlu Anarın öz avtomobilini satması barədə məlumat var.

"auto.az” saytında yerləşdirilən bu elan onu tanıyan vətəndaşların da diqqətini çəkib. 2011-ci il istehsalı olan "Toyota Land Cruiser”i 36 min dollara satan Anar İsmayılov öz nömrəsini də saytda yerləşdirib (0502000423). Lakin Sabirabad "şef”inin oğlu saytda region olaraq Göyçay göstərib. Bundan başqa, elanda maraq çəkən bir hissə də var: o, avotomobilini "Lexus-570” ilə barter etməyə də hazırdır. Özünə lüks həyat tərzi, otel biznesi quran, bahalı və yüksək təchizatlı avtomobillərdə gəzən Anar İsmayılov bu böhrandan təsirlənibmi, yoxsa artıq bir maşında gəzməkdən bezib?”

İcra başçısı oğlunun 200 minlik avtomobili

Amma əldə etdiyimiz başqa məlumata görə, bu elanda gördüyümüz avtomobil onun yeganə avtomobili deyil, kolleksiyada daha 4-5 "inomarka”da var. Avtomobil satışı elanından bir müddət sonra Anar İsmayılov "Facebook” hesabında avtomobil alması ilə bağlı məlumat yaymışdı. Bununla bağlı da cumhuriyyet.az olaraq mediada yayılan məlumatlara diqqət yetirdik. Aparılan araşdırmalar zamanı bəlli olub ki, icra başçısının oğlu "Lexsus LX 570” markalı avtomobil alıb.

Bu markanın qiyməti Azərbaycanda 145-150 mindir.

Məlumdur ki, əksər məmmur övladları öz "oyuncaq”larını xaricdən sifarişlə gətizdirir. Bu zaman isə avtomobillərinə müəyyən detalların artırılmasını sifariş edirlər ki, bu da qiymətin artmasına təsir göstərir. Məlumata görə, Anar İsmayılov da yeni avtomobilinə müəyyən detalların artırılmasını sifariş verib və maşın ona təxminən 200 minə başa gəlib.

Göyçayda imarət, otel və obyektlər…

Sabirabad icra başçısı Nazim İsmayılovla bağlı mediada yer alan xəbərlərdən biri də Göyçay şəhərində oğluna dəbdəbəli villa tikdirməsi ilə bağlı olub.

Həmin məlumatda bildirilirdi ki, icra başçısı Göyçay şəhər Gənclər Mərkəzinin arxasında aldığı torpaq sahəsində oğlu Anar İsmayılova imarət ucaldır.

Sonradan Nazim İsmayılov və oğlu Anar İsmayılov imarət tikdirmələri barədə yayılan xəbərlərdan çox ciddi şəkildə narahat olublar və tikinti gedən ərazini başqa bir şəxsin adına sənədləşdirməyə qərara veriblər.

Məlumatda o da bildirilirdi ki, icra başçısının oğlu üçün tikdirdiyi imarətin toprağı məhşur azərbaycanlı iş adamı, hazırda Rusiyada iflası elan olunan Telman İsmayılovun, (AST Telman), ata yurdunun yerləşdiyi torpaq olub. Ərazini başqa bir şəxs İsmayılovlardan aldıqdan sonra oradakı köhnə evi uçurub.

Daha sonra isə baha qiymətə Nazim İsmayılovun oğluna və digər bir şəxsə satıb. İddia olunur ki, Nazim İsmayılovun oğlu Anar İsmayılov üçün həmin torpaq sahəsinə 70 min manata alıb.

Qeyd edək ki, Göyçay şəhərində ən bahalı ərazi məhz Gənclər Mərkəzinin arxası hesab olunur. Yeri gəlmişkən, cumhuriyyet.az olaraq mövzu ilə bağlı media üzərindən apardığımız araşdırmalarda o məlumata da rast gəldik ki, Sabirabad icra başçısı Nazim İsmayılovun Göyçay rayonunda böyük mal-mülk sahələri, obyekləri mövcuddur. Bu obyektlərdən ən böyüyü rayonin Heydər Əliyev prospekti 88-də yerləşən "Çinar Mehmanxana”sı, "Çinar” şadlqı evi və ətrafındakı bir neçə obyektdir. Qeyd edək ki, Göyçay şəhərində ən dəbdəbəli otellərdən biri olan "Çinar” otelin müasir srandartlara cavab verən bir obyektdir.

Səyahət və "xüsusi əyləncələr”ə meyllilik

Lap bu günlərdə isə Sabirabad rayon İcra hakimiyyətinin başcısı Nazim İsmayılovun oğlunun müxtəlif xarici ölkələrdə çəkilən fotoları yayıldı.

Fotolarda icra başçısının oğlu Anar İsmayılovun səyahət və "xüsusi əyləncələr”ə meylli olduğu açıq sezilir. Anar İsmayılovun müxtəlif şəhərlərdə çəkilmiş fotolarından bəzilərini təqdim edirik:

Bütün bunlardan sonra ortaya bir sual çıxır: icra başçısı 1500 manatlıq maaşlla milyonlarla manat dəyəri olan villaları, 200 min dollarlıq avtomobilləri necə alır? (cumhuriyyet.az)
1500 manat civarında maaş alan icra başçısının dəbdəbəli həyat tərzi
1500 manat civarında maaş alan icra başçısının dəbdəbəli həyat tərzi
1500 manat civarında maaş alan icra başçısının dəbdəbəli həyat tərzi
1500 manat civarında maaş alan icra başçısının dəbdəbəli həyat tərzi
1500 manat civarında maaş alan icra başçısının dəbdəbəli həyat tərzi

Politika.Az



Oxunub: 3992


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il