“SOCAR”da işə düzələrkən tanış, dost, dayı keçmir” - Xalik Məmmədov

“SOCAR”da işə düzələrkən tanış, dost, dayı keçmir”
SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov keçmiş futbolçu Maşallah Əhmədovun SOCAR-da işə düzəltmək adı ilə tanışından 20 min dollar pul almasına münasibət bildirib

X. Məmmədov qeyd edib ki, tanınmış futbolçu özünün cəmiyyətdəki etibarından istifadə edərək dələduzluq etmiş və 200 min manatdan çox başqasının pulunu mənimsəyib:

“Bəlkə də bu mənim diqqətimi o qədər də cəlb etməzdi, çünki belə dələduzluq faktlarına mətbuatda vaxtaşarı rast gəlmək olur. Burada mənim diqqətimi SOCAR-a işə adam düzəltmək bəhanəsi ilə özgəsinin 20 min manat pulunu da alıb, qocaman, hamının sevimlisi, futbol azarkeşi, heç kimə yox deməyi bacarmayan, karifeyimiz, akademikimizin yanına da aparmış və zərərçəkənin sənədlərini ona təqdim edib.

Tutaq ki alınsaydı və o adam işə götürülsəydi. Əslində mümkün olsaydı o, kişiyə heç kim imtina etməzdi. Bu indi qəti mümkün olmadığından, sistemin buna imkan vermədiyindən alınmamışdır. Nə olardı? Sevimli, təmiz, nümunəvi ağsaqqal bir insanın adına, nüfuzuna nə qədər kölgə salardı bu futbolçunun hərəkəti? Yazıqlar olsun. Allah qapısını açsın…amma…neyləmək olar?

Deyirik, yazırıq, dəfələrlə İnsan Resurslarının Departamentinin rəhbərliyinin bəyanatləri olub. SOCAR-a işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Əsas meyar, bilikdir, səriştədir, bacarıqdır. Tanış, dost, dayı keçmir”.


Politika.Az



Oxunub: 887


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il