Azərbaycanda iki zavod bağlanır, 3 xarici şirkət ölkəni tərk edir - Hökumət qərarı

Azərbaycanda iki zavod bağlanır, 3 xarici şirkət ölkəni tərk edir
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.09.2016-cı il tarixli 353 saylı qərarına və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin 07.10.2016-cı 06Ü saylı əmrinə əsasən, Üzən Nasos Stansiyalarının Hazırlanması və Təmiri Zavodu Meliorasiya - Mexaniki Təmir Zavoduna qoşularaq ləğv olunduğunu elan edir

Politika.Az
xəbər verir ki, kreditorlar tələblərini Şirvan şəhəri, Cənub Sənaye Qovşağı ünvanına bildirə bilərlər.

Bundan əlavə, Böyük Britaniyanın "İvor Promotions LLP" və "Arcotrans LLP" şirkətləri Azərbaycandakı nümayəndəliklərinin ləğv olunduğunu elan edib. Bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, hər iki şirkətin kreditorları tələblərini Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi,44 ünvanına ("Caspian Plaza" Biznes Mərkəzi) bildirə bilərlər.

Bundan başqa, İrlandiyanın "Accenture Ltd." şirkəti də Azərbaycan bazarını tərk etməyə qərar verib. Şirkətin kreditorlarının tələblərinə 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 11, mənzil 28-30 ünvanında baxılacaq.

Politika.Az



Oxunub: 2346


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il