Qəbələdə biabırçı olay: direktor şagirdlərdən işıq pulu yığır - ÖZƏL

direktor şagirdlərdən işıq pulu yığır
Qəbələdə kuryoz hadisə baş verib

Politika.Az-a daxil olan xəbərə görə,
şəhərin Şirvan Bulqədirov adına şəhər 5 saylı orta məktəbində şagirdlərdən işıq pulu yığılır.

Məktəbin direktoru Ağamirzəyeva Zərnişan Rəmzi qızının təlimatı əsasında şagirdlərin qarşısında kommunal borcları ödəmək öhdəliyi qoyulub.

Direktor şagirdlərdən təhsil əvəzinə işıq pulu tələb edir. Bu da ciddi şəkildə narazılıq yaradıb. Valideynlər məktəbin önünə toplaşaraq direktora etiraz ediblər.
Şagirdlərin boynuna qoyulan pulun qanunsuz yığıldığı diqqətə çatdırılıb.

Direktor isə onların qarşısına çıxmayıb. Məktəb işçilərində biri deyib ki, Z.Ağamirzəyeva şagirdlərdən rüşvət istəmir. Sadəcə, məktəbin işıq pulunu ödəmək üçün fondunda maliyyə yoxdur.

Bu da daha bir biabırçılığı üzə çıxarıb. Çünki təhsil ocaqlarının kommunal xərcləri təsərrüfat şöbəsinin fondundan ödənilir. Bunun şagirdlərə heç bir aidiyyatı yoxdur. Görünür, Qəbələnin rayon Təhsil Şöbəsi direktorlar qarşısında yeni xərac yığma növü qoyub.

Xatırladaq ki, Qəbələdə yerləşən Nicat Apayev adına 4 saylı orta məktəbin direktoru Qəşəngi Musayevanın da fəaliyyətində yer almış bir sıra nöqsanlardan bəhs edilmişdi.

Qəşəngi Musayevanın rəhbərlik etdiyi 4 saylı orta məktəbi özünün şəxsi kommersiya obyekti kimi istismar etdiyi bildirilirdi.

Qəbələ şəhər 4 saylı orta məktəbində hələ də "fond pulu”, "təmir pulu”, "məktəbin təsərrüfatına könüllü yardım” və sairə bu kimi adlar altında pərdələnən rüşvət yığımları mütəmadi olaraq həyata keçirilirdi.

Politika.Az



Oxunub: 2389


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il