Həbsdəki biznesmenin işində sensasion - Məktub

Həbsdəki biznesmenin işində sensasion
Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Zeynal Ağayevin sədrliyi ilə tanınmış iş adamı İlham Qasımovun işi üzrə məhkəmə prosesi davam etdirilir

Politika.Az xəbər verir ki,
məhkəmə prosesində zərərçəkən tərəf kimi şair və iş adamı Gülağa Tənha tanınıb. İ.Qasımova CM-nin 178.3.2, 308.1 və 313-cü maddələri ittiham irəli sürülüb.

Məhkəmə araşdırmaları nəticəsində bir çox maraqlı nüanslar ortaya çıxıb. Sonuncu məhkəmə prosesində iş adamlarının arasına ixtilaf salındığını düşünməyə əsas verən dialoq olub. İ.Qasımovun vəkilləri və özü mətbuata mövqeləri əks olunan məktubla müraciət ediblər.

Vəkillər Səyyad Məmmədov və Taleh İbrahimovun imzaladığı məktubda deyilir: “Məhkəmə iclasında iştirak edən kütləvi informasiya vasitələrinin bəzi nümayəndələri faktları düzgün əks etdirmir, faktları özlərinə sərf etdikləri kimi şərh edir, süni yolla özlərinə oxucu qazanmağa çalışırlar.

İlham Səfəralı oğlu Qasımovun müdafiəçisi kimi bildirmək istəyirəm ki, nə İlham Qasımov, nə də mənim özüm tərəfindən cinayət işi üzrə zərərçəkmiş şəxs Gülağa Məmi oğlu Qəmbərov barəsində kütləvi informasiya vasitələrinə hər hansı faktla əlaqədar hər hansı material, ərizə və müraciət olunmayıb.

Yayılmış informasiyalara görə biz məsuliyyət daşımırıq. Gülağa Məmi oğlu Qəmbərov barəsində kütləvi informasiya vasitələrində dərc olunmuş və ya elektron variantlarda yayılmış məlumatlardan xəbərsizik. Həmin məlumatların yayılmasına görə həmin kütləvi informasiya vasitələrinin məlumatları yayan əməkdaşları məsuliyyət daşıyırlar.

İlham Qasımovun Gülağa Məmi oğlu Qəmbərov barəsində kütləvi informasiya vasitələrinə məlumat ötürmək imkanı yoxdur. O, yalnız müdafiəçisi vasitəsi ilə məlumat ötürmək imkanına malikdir. Tərəfimdən Gülağa Məmi oğlu Qəmbərov barəsində kütləvi informasiya vasitələrinə hər hansı məlumat verilməyib”.

Politika.Az xəbər verir ki, məktub müəllifləri olan vəkillər yazıb: “Gülağa Qəmbərov barəsində kütləvi informasiya vasitələrində yalan və böhtan xarakterli məlumatları yayan şəxslər hazırkı cinayət işindən sui-istifadə edən şəxslərdir. Gülağa Məmi oğlu Qəmbərov barəsində İlham Qasımovun özü və ailə üzvləri adından yalan ve böhtan xarakterli məlumatları yayan şəxslər məkrli niyyətlərinə çatmayacaqlar.

Həmin məlumatları yayan şəxslər barəsində dəqiq məlumatlarımız vardır. Həmin şəxslər Gülağa Qəmbərovla İlham Qasımovu bir-birinə düşmən edərək və onlar arasında qərəzli məlumatlar yayaraq onların əmlaklarını elə keçirmək istəyirlər.

Həmin şəxslərin adlarının hazırkı mərhələdə açıqlanması hələ məqsədə müvafiq deyildir. İlham Qasımov bu barədə Gülağa Qəmbərova şəxsən özü də yazılı müraciət etmişdir.

İlham Qasımov barəsində dəqiq və qərəzsiz məlumat almaq istəyən istənilən kütləvi informasiya vasitələri əməkdaşlarına ətraflı məlumat verə bilərik.

Son olaraq xahiş edirik ki, Gülağa Məmi oğlu Qəmbərov barəsində kütləvi informasiya vasitələrində İlham Qasımov və onun ailə üzvləri adından hər hansı məzmunlu məlumatlar yayılmasına imkan verilməsin”.

Qeyd edək ki, İlham Qasımov rəhbəri olduğu şirkətin inşa etdiyi binalarda eyni mənzilləri bir neçə adama satmaqla dələduzluq etməkdə təqsirləndirilir. O, Cinayət Məcəlləsinn 178.3.2-ci (külli mqidarda dələduzluq), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.

İlham Qasımov hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs kimi də tanınıb. Akif Çovdarov İlham Qasımovu təhdid edərək külli miqdarda pul almaqda ittiham edilir.

Politika.Az



Oxunub: 1728


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il