İcra başçısının 1400 manat cəriməsi var - 22 dəfə radara düşdü

İcra başçısının 1400 manat cəriməsi var
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun xidməti avtomobili ilə bağlı cərimələr günü gündən artır

Politika.Az
avtosfer.az-a istinadən xəbər verir ki, hazırda Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Sistemində Asif Əsgərovun «BMW» markalı, 10 AA 814 dövlət nömrə nişanlı xidməti avtomobili ilə bağlı 22 MMX protokol qeydə alınıb. Onların ümumi cərimə məbləği isə 1400 manatdan çoxdur. Bu cərimələrin yarıdan çoxunda bal nəzərdə tutulduğu üçün avtomobili idarə edən sürücüyə 20-dən artıq bal düşür.

Bu isə o deməkdir ki, başçının sürücüsünün sürücülük hüququ məhdudlaşdırıla bilər. Çünki qanunvericliyin tələbinə görə, 20 və daha artıq bal topladıqda nəqliyyat vasitəsini idarəetmə hüququ 6 ay müddətinə məhdudlaşdırılır.

Qayda pozuntularının əksəriyyəti sürət həddinin aşılması, qarşı yola çıxmaq və svetoforun qadağanedici siqnalının tələbini pozmaqla bağlıdır.

Politika.Az



Oxunub: 631


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il