Lənkəranskinin qətlinin sifarişçiləri məlum oldu - Şok iddia

Lənkəranskinin qətlinin sifarişçiləri məlum oldu
Rövşən Lənkəranskinin qətlinin detalları məlum olub

Politika.Az
ölkə.az-a istinadən xəbər verir ki, cinayət işinin araşdırılması İstanbul prokurorluğunun müstəntiqləri ilə paralel Caniyevin kriminal fəaliyyətinin davam etdiyi Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən də araşdırılıb.

Rusiyalı müstəntiqlərin ortaya çıxardığı faktlara əsasən Rövşən Lənkəranskinin qətlinin sifarişçiləri Moskvada qətlə yetirilmiş Cabpolad Şamil oğlunun yaxınlarıdır (Canpoladın soy adı göstərilməyib).

Məlumata görə, Canpolad Rusiyada "göyərti kralı" kimi tanınıb və Rövşən Caniyevin meyvə-tərəvəz bazalarını nəzarətə götürmək üçün başladığı kriminal müharibənin qurbanlarından biri məhz o olub.

Ehtimala görə, Canpoladın yaxınları və biznes şərikləri onun ölümündə Rövşənin əli olduğunu müəyyən ediblər və ona ölüm hökmü çıxarıblar.

Xatırladırıq ki, "göyərti kralı" Canpolad Şamil oğlu bu ilin yazında Moskvada naməlum killerlər tərəfindən güllələnmişdi.

Politika.Az



Oxunub: 1656


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il