İcra başçılarının şirkətləri - Siyahı

İcra başçılarının şirkətləri
Ölkə qanunları dövlət məmurlarına, millət vəkillərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı birmənalı şəkildə qadağan edir

Lakin buna baxmayaraq, müxtəlif iri şirkətlərin arxasında məmurlar və millət vəkillərinin dayandığı heç kimə sirr deyil. Baxmayaraq ki, onlar bu şirkətləri öz adına rəsmiləşdirmirlər.

Politika.Az xəbər verir ki, aktual.az müxtəlif bines strukturlarına faktiki rəhbərlik edən məmurlar, daha doğrusu icra başçıları ilə bağlı əldə etdiyi informasiyanı oxuculara təqdim edir.

"Volkswagen”, "Audi”, "Seat”, "Porsche” avtomobil markalarının ölkəmizdə rəsmi dileri olan avtomobil şirkəti Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyeva məxsusdur. Onun bununla yanaşı göydələn inşa edən tikinti şirkətinə, dükanlar şəbəkəsi və şadlıq evlərinə sahib olduğu deyilir.

Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun paytaxtda tikinti biznesi ilə məşğul olduğu deyilir. Onun Yasamal rayonu ərazisində yerləşən "Real Hospital” adlı özəl klinikası da var. Bu hospitalın əsasən uroloji problemlər istiqamətində ixtisaslaşdığı, onlarla həkimi öz ətrafında birləşdirdiyi iddia olunur.

Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədov Qax rayonunda əksər müəssisələri özündə birləşdirən "Uluyurd” şirkətinin faktiki sahibidir. Bu şirkət rayonda "El Resort beş ulduzlu otel, "Yaşıl park”, "Ulu”, "İmproteks”, "Ballı bulaq”, "Qafqaz” ” Eden” park hotel, "Səngər qala” istirahət mərkəzləri, "Şəfa” istirahət və müalicə ponsionatı, "İlisu” ponteonatı və "Ulu Dağ” turizm mərkəzlərini özündə birləşdirir.

Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev dövlət idarəçiliyinə təşrif buyurana qədər biznes fəaliyyəti ilə məşğul olub. Bakı şəhərində "Xal-xal" kommersiya şirkətinin direktoru olmuş icra başçısının hazırda bir sıra şirkətlərə faktiki sahiblik etdiyi deyilir. Bu sırada turizm şirkətinin olduğu, müxtəlif ölkələrə, o cümlədən müqəddəs ziyarətgahlara səfərlər təşkil etdiyi iddia olunur.

Politika.Az



Oxunub: 1539


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il