Nazirlər Kabinetindən kimlər yola salınır? - İlkin siyahısı Politika.Az-da!!!

Nazirlər Kabinetindən kimlər yola salınır?
Hakimiyyət komandasında yenilənmələr olacağı gözlənilir

Politika.Az-a veriən məlumata görə,
Nazirlər Kabinetinin tərkibində dəyişikliklər ediləcək.

Prezident referendumdan sonrakı islahatların davamı kimi bəzi nazirləri və nazir müavinlərini istefaya göndərə bilər.

Əldə etdiyimiz bilgilərə görə, hakimiyyət kluarlarında müzakirələr aparılır. İqtidar daxilindəki çəkişmələrin səngidiyi və neytrallaşdırılmasından sonra Nazirlər Kabinetinin heyətini yeniləyə bilər.

İlkin siyahıda baş nazir Artur Rasizadə, müavinləri Yaqub Eyyubov, Abid Şərifov, xarici işlər nazirinin müavinləri Xələf Xələfov və Araz Əzimov var.

Habelə, vergilər naziri Fazil Məmmədov, Diasporla İş üzrə Dövlət Komitə sədri Nazim İbrahimov, səhiyyə naziri Oqtay Şirəliyev və müavini Elsevər Ağayev komandadan kənarlaşdırılacaq.

Bu dəyişikliklər təbii ki, bir gün və ya bir ay içərisində həyata keçməyəcək. Prezidentin qərarları il ərzində mərhələli şəkildə qəbul olunacaq. Hakimiyyət ona problem yaradanlarla vidalaşmaq arzusundadır.

Politika.Az-a veriən məlumata görə, “Azəriqaz” İstehsalat Birliyinin direktoru Əkbər Hacıyev, “Azəristiliktəchizat” ASC sədri Yaşar Həsənov, “Azərenerji” ASC prezidenti Etibar Pirverdiyev də siyahıda yer alıb. Habelə, Standartlaşdırma və Patent Komitəsinin sədri Ramiz Həsənov, Bakı meri Hacıbala Abutalıbov, “Azəravtoyol” ASC sədri Saleh Məmmədov da cərgəyə salınıb.

Referendum ərəfəsində islahatlar olacağı barədə rəsmi açıqlamalar verilirdi. Bu bəyanatların davamı kimi sensasion dəyişikliklər gözlənilir.

Hakimiyyət komandaya əl gəzdirmək niyyətindədir. Daxili idarəçilikdə problemlər yaradan və heç bir əsaslı dönüşə nail olmayan məmurların postundan kənarlaşdırılması realdır.

Prezident İlham Əliyev komandasına yenidən baxmağı və onun daxili siyasətində reputasiyasına kölgə salanlarla vidalaşmağı nəzərdən keçirəcək. Bu köklü kadr islahatlarının davam edəcəyi, bir sıra oliqarxlaşmış nazirlərin başının gedəcəyi xəbər verilir.

Politika.Az



Oxunub: 26091


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il