Prezidentin “Naz Lifan” tələbinə hansı nazirlər və başçılar naz etdi? - Siyahı

Prezidentin “Naz Lifan” tələbinə hansı nazirlər və başçılar naz etdi?
Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvanda istehsal edilən “Naz Lifan” maşınları ilə bağlı verdiyi açıqlama hələ də gündəmin müzakirə mövzularındandır

"Bizim Naxçıvanda avtomobil zavodumuz var, dövlət qurumları oradan alsınlar. Yaxşı da maşınlardır. Heç xarici maşından o qədər də fərqlənmir", - deyən prezidentin çağırışına bəzi məmurların qulaq asdığı deyilir. O zaman bəzi icra başçıları və nazirlər bu tapşırığa uyğun hərəkət etdilər.

Politika.Az dövlət başçısının tövsiyyəsinə qarşı çıxan və milyonluq maşınlarda gəzən icra hakimlərinin və nazirlərin siyahısını əldə edib. Məlum olub ki, bəzi rayon rəhbərləri və nazirlər, eləcə də komitə sədrləri ölkə başçısının təklifinə üz çevirib.

Gələn xəbərlərə görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov, xarici işlər naziri Elmar Məmmədyarov bu siyahının başında gedir.

Mənbə qeyd edir ki, kənd təsərrüfatı naziri Heydər Əsədov, nəqliyyat naziri Ziya Məmmədov, səhiyyə naziri Oqtay Şirəliyev, təhsil naziri Mikayıl Cabbarov, iqtisadiyyat naziri Şahin Mustafayev də prezidentin tapşırıqlarına qarşı gedib. Onların heç biri “Lifan” markalı yerli maşın almayıb.

Politika.Az-a verilən məlumata görə, Standartlaşdırma Metorologiya Patent Komitəsi sədri Ramiz Həsənov, Azərsu sədri Qorxmaz Hüseynov, Su və Meliorasiya ASC sədri Əhməd Əhmədzadə də onların yolunu gedib.

Mənbə icra başçılarının da adlarını açıqlayıb. Belə aydın olub ki, əksər icra hakimləri dövlət başçısının tapşırığını yerinə yetirməyib.

Ümumilikdə bir çox rayon rəhbərləri bahalı maşınlarda gəzir. Məsələn, Bakı meri, o cümlədən Nəsimi, Səbayel, Binəqədi, Xətai, Sabunçu və digər rayonların icra başçılarının yüz minlik maşınları var. Eləcə də Astara, Lerik, Şəmkir, Gədəbəy, Gəncə, Qazax, Hacıqabul və onlarla rayon rəhbərliyini qeyd etmək olar.

Politika.Az



Oxunub: 4608


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il