Vitse-prezidentlikdə “U” dönüşü: nazirlər arasında müdhiş gəlişmə - ÖZƏL

nazirlər arasında müdhiş gəlişmə
Vitse-prezidentlik uğrunda savaş yenidən alovlanır; Referendumdan sonra prezidentin növbədənkənar seçkilər olmayacağı haqda açıqlaması mübarizəni dayandırmışdı...

Politika.Az-a daxil olan məlumata görə,
okeanın o tayındakı seçkilərdə qeydə alınan nəticələr, ilin sonunun yaxınlaşması, Rusiyanın rəsmi Bakı ilə aparacağı danışıqlar vitse-prezidentlik məsələsini erkənləşdirə bilər.

Aprelin 12-də nəzərdə tutulam vitse-prezident təyinatı ilin əvvəlində gerçəkləşə bilər. Bu erkən qərarlar məhz regiondakı geosiyasi hadisələrin gedişatından asılıdır. Hakimiyyət bu məsələni yubatmaq istəyirdi. İqtidar vitse-prezident təyinatında tələsmirdi. Ona görə də bəzi nazirlərin arasındakı kompromat savaşında da durğunluq müşahidə edilirdi. Ancaq yeni siyasi mərhələ başlanır və rəsmi Bakının daxili siyasətində qərarlar sürətlənə bilər.

ABŞ-dakı yeni prezidentin rəsmi Bakıdan tələbi və referendumdan sonrakı Azərbaycana baxışında müəyyən dəyişikliklər real görünür.

Ona görə də hakimiyyət daha tez təyinatları açıqlaya bilər. Həmçinin, nəqliyyat naziri Ziya Məmmədovun şanslarının yaranması digər nazirlərin kürkünə birə salıb. İndi nazirlər arasında qovğa təzədən qızışa bilər.

Politika.Az-a daxil olan məlumata görə, növbədənkənar prezident seçkilərinin olmayacağının dəqiqləşməsi də bu məsələni gündəmdən çıxarıb.

Artıq bu mövzuda müzakirələr getmir. Ekspertlərin və analitiklərin şərhləri də hakimiyyətin siyasəti ilə üst-üstə düşmədi. Prezident İlham Əliyev məsələni bağladı.

Amma geosiyasi proseslər daxili siyasətə birbaşa təsir edir deyə təyinatlar erkən ola bilər. Millət vəkili Qüdrət Həsənquliyev jurnalistlərə müsahibəsində birinci vitse-prezidentliyə ən layiqli namizəd birinci ledi Mehriban Əliyevanı göstərib.

Qeyd edək ki, vitse-prezidentlik uğrunda çırmanan nazirlərin kompromat savaşı qızışmışdı. Bu posta iddialı “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov qara piar kampaniyası başlatmışdı. Baş dəmiryolçu özünə yaxın mediada alternativ qüvvələrə qarşı yazılar dərc etdirirdi.

Bu mübarizədə bir neçə nazir və komitə sədrinin adı keçir. Hələlik mötəbər mənbədən daxil olan məlumatlarda iddia edilir ki, vergilər naziri Fazil Məmmədov, nəqliyyat naziri Ziya Məmmədov, AZAL prezidenti Cahangir Əsgərov vitse-prezidentlik sevdasına düşüb. Siyahıda səhiyyə naziri Oqtay Şirəliyev və təhsl naziri Mikayıl Cabbarov da var.

Məlum olur ki, birinci vitse-prezident və vitse-prezidentlər müvafiq situasiyalarda prezidentin səlahiyyətlərini icra etmək statusuna malikdirlər. Bu da hakimiyyət daxilində ikincilik uğrunda mübarizəni yenidən alovlanmasına səbəb olub.

Politika.Az



Oxunub: 2683


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il