Dollar 1.75 manat oldu - «Qara bazar»da «kampaniya»

Dollar 1.75 manat oldu
Dolların bahalaşması və bəzi bankların satışa limit tətbiq etməsi nəticəsində «qara bazar» aktivləşib

Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının noyabrın 11-nə rəsmi məzənnəsini 1,6869 AZN/USD səviyyəsində müəyyən edib.

AMB-dən verilən məlumata görə, bu, məzənnənin 0,52% artması deməkdir.

Qeyd edək ki, noyabrın 10-da rəsmi məzənnə 1,6782 AZN/USD olub.

Turan müxbirinin müşahidəsinə görə, Dəmiryolu Vağzalı yaxınlığında qeyri-leqal şəkildə valyuta satılır. «Qara bazar»da dolları 1,74 manata alılar. Müştəri 1000 dollardan çox satarsa, qiymət 1,75 manata qaldırılır.

Qeyd edək ki, KİV-in yazdığına görə, 10-dək bank dollar satışını dayandırıb, 11 bank isə limit qoyub – bir nəfərə 300-1000 dollar və ya avro.

Noyabrın 10-da dolların rəsmi məzənnəsi 1,6782 manat olub. Noyabrın 11-nə isə rəsmi məzənnə 1,6869 AZN/USD səviyyəsində müəyyən edib.

Qeyd edək ki, Noyabrın 10-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. “APA-Economics” xəbər verir ki, hərrac 1 ABŞ dolları üçün 1,6782 məzənnəsi ilə başlayıb və 1,6867 məzənnəsi ilə yekunlaşıb.



Politika.Az



Oxunub: 1521


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il