"Qara bazar" od tutub "yanır" - Dollar 1.80 manata satılır

"Qara bazar" od tutub "yanır"
Azərbaycanda dolların məzənnəsinin surətlə artması, dollar qıtlığının yaranması “qara bazar”ın çiçəklənməsinə səbəb olub. “Qara bazar”da yaranan vəziyyətə isə əslində birbaşa olaraq elə bankların özü nəzarət edir. Bəzi banklar öz rəsmi filiallarında dollar satışını məhdudlaşdırıb və demək olar ki, valyuta mübadiləsi həyata keçirmir

Banklar əllərində olan və hərraclarda aldıqları dolları daha yüksək qiymətə satmaq üçün “qara bazar”a ötürür. Qeyd edək ki, Mərkəzi Bankın bu gün üçün verdiyi rəsmi məzənnə 1 dollar 1.6782 manatdır. Bankların isə valyutadəyişmə tablosunda bu rəqəmlər 1 dollara 1.72-1.74 manat nisbətində göstərilir.

cebhe.info-nun əməkdaşı metronun “28 May” stansiyası yaxınlığında fəaliyyət göstərən “qara bazar”da olub. Məlum olub ki, “qara bazar”da dolların satış qiymətləri kommersiya banklarında olan qiymətlərdən xeyli fərqlənir.

Belə ki, “qara bazar”da 1 dolların satış qiyməti 1.76-1.78 civarındadır. Bəzi hallarda isə bu rəqəm 1.80 manata qədər yüksəlir. Bankların dollar satışına məhdudiyyətlər tətbiq etdiyini nəzərə alsaq, dollar əldə etmək istəyən vətəndaşlar “qara bazar”a üz tutur. Dollara tələbatın yüksək olduğu bir dövrdə “qara bazar” iştirakçıları qiymət artımında maraqlı olurlar. Bəzi kommersiya bankları da “qara bazar”ın inkişafında maraqlı tərəf kimi görsənirlər. Banklar bununla kredit siyasətindən itirdikləri gəlirlərini müəyyən qədər kompensasiya etməyə çalışırlar.

Qeyd edək ki, bu gün keçirilən valyuta hərracında son məzənnə 1 dollar = 1,6867 manat olub. Yəni, rəsmi məzənnə gün sonuna (təqribən saat 17:20-də açıqlanacaq) 1,6880 – 1,6885 civarında olacaq.


Politika.Az



Oxunub: 1605


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il