"Dollar kreditlərinə güzəşt olmalıdır" - İqtisadçıdan hökumətə tövsiyyə

"Dollar kreditlərinə güzəşt olmalıdır"
“2015-ci ilin dekabrında idarə olunan üzən məzənnə rejiminə keçidi elan edən Mərkəzi Bank, ötən dövrdə məzənnənin hədəflənməsi rejimi ilə valyuta məzənnəsini əvvəlcədən elan edilən həddə saxlamaqla, xeyli vaxt itkisinə yol verib. Hazırda həyata keçirilən idarə olunan üzən məzənnə rejimini daha düzgün tənzimlənmə metodu sayıla bilər. Baxmayaraq ki, bu rejimdə valyutaya olan tələbatda müşahidə olunacaq artım manatın ucuzlaşmasını şərtləndirir”

Politika.Az-ın azpolitika.info-ya istinadən məlumatına görə, bunu iqtisadçı ekspert Qubad İbadoğlu bugünkü Facebook statusunda yazıb.

İqtisadçının fikrincə, Mərkəzi Bankın başqa alternativi qalmayıb. Q.İbadoğlu daha sonra yazır:

“Xatırladım ki, Mərkəzi Bank valyuta təklifinin aşağı olduğu dövrlərdə manatın məzənnəsinin sabitləşdirilməsinə 1992-1995-ci illərdə üzən məzənnə rejiminin, 1996-2008-ci illərdə sürüşkən bağlılıq məzənnə rejiminin tətbiqi vasitəsilə nail olub. Nəzəri olaraq üzən məzənnə rejimində nominal effektiv məzənnənin ucuzlaşması idxal qiymətlərini bahalaşdırmaqla, bir tərəfdən ixracatı stimullaşdırır, digər tərəfdən isə pula tələbi artırmaqla inflyasiya tempini də yüksəldir. Bu vəziyyətdə valyuta ilə kreditlərə görə məzənnə fərqinin böyüməsindən artan xərclər onun vaxtında və tam şəkildə qaytarılmasını daha da çətinləşdirir.

Beləliklə də hazırda yüksələn inflyasiya iqtisadiyyatın və artan problemli kreditlər isə maliyyə-bank sektorunun əsas çətinliklərinə çevrilib. Odur ki, inflyasiyanın hədəflənməsi ilə yanaşı, onun yaratdığı xərclərin kompensasiya olunması üçün məvaciblərin, müavinətlərin indeksləşdirilməsinə, pensiyaların baza hissəsinin artırılmasına, eləcə də valyuta ilə olan kreditlərə güzəştlərin tətbiqinə 2017-ci ilin dövlət büdcəsindən əlavə vəsaitlər ayrılmalıdır. Hesab edirəm ki, bu məsələlələr parlamentdə gözlənilən növbəti ilin büdcə layihəsinin müzakirəsində diqqət mərkəzində olmalıdır”.

Politika.Az



Oxunub: 714


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il