İfşa: Ziya Məmmədovun İntellektual İdarəetməsi başını itirib - ÖZƏL

Ziya Məmmədovun İntellektual İdarəetməsi başını itirib
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin fəaliyyətə başlamasından 5 il keçsə də, hökumətin şabaş kimi səpdiyi pullar havaya sovruldu

Politika.Az xəbər verir ki, NİİM-nin monitorları işləmir və “müdrikcəsinə” insanları aldadır.

İnci Əsgərova adlı sərnişin qurumun işlərindən narazıdır: “Dayanacaqdakı monitorlarda heç bir məlumat verilmir. Avtobuslar gec-gec gəlir və dolu olmağa baxmayaraq yenə də adam götürmək istəyən sürücülər var.

“Bir az arxaya” dedikləri əslində yer doldurmaqdır. Bəzi avtobuslar kartla, bəziləri nağd pulladır. Avtobusa minərkən hansının kart sistemi ilə işlədiyini qabaqcadan bilmək olmur. Kartla işləyən avtobus dayanacaqlarının çoxusunda terminal yoxdur.

Məsələn, 165 nömrəli avtobusda bəzən oturacaqlar belə olmur. Ümumiyyətlə, bu sistemin tətbiqi heç nə vermədi. Yenə də ictimai nəqliyyatda biabırçı mənzərədir. Bu işin yüksək səviyyədə qurulması üçün pullar ayrılmışdı”.

Politika.Az xatırladır ki, o zaman nəqliyyat naziri Ziya Məmmədov günahı sürücülərdə, cihazların arabir nasaz işləməsində və sərnişinlərdə axtarmışdı. Xatırlayırsınızsa, bu tənqidlərə cavab olaraq nazir mətbuat konfransı keçirib bildirdi ki, sistem günahsızdır.

Sərnişinlər istifadə qaydalarını bilmir, avtobus sürücüləri isə intervala riayət etmirlər. Buyurun, artıq 5 ildən çox vaxt geridə qalıb və gündəlik ictimai nəqliyyatdan istifadə edənlər təsdiqləyər ki, İİS yararsızdır.

Baxmayaraq ki, sistemin yaradılmasına, tətbiqinə kifayət qədər vəsait ayrıldı. Azərbaycana xarici ölkələrdən mütəxəssislər də cəlb edildi.

Bakı və Bakıətrafı ərazilərdə xüsusi intellektual avtobus dayanacaqları da gətirilib quraşdırıldı. Nazir bəyan etdi ki, sistem bir ilə işə düşəcək və marşrut pərakəndəliyi həllini tapacaq, tıxaclar aradan qaldırılacaq.

Marşrutların qrafikini təqdim edən cihazlar kəllə-mayallaq işləyir, zamanı yanlış göstərir, bəzən də işləmir. Olur ki, sərnişinin gözlədiyi avtobusun gəlişinə 2 dəqiqə alıb, amma monitor 12 yaxud 6-7 dəqiqəni göstərir.

O baxımdan sərnişinlərdə monitora inam qalmayıb, bu aparatdan istifadə edilmir. Yenə “köhnə hamam, köhnə tas” deyiminə sadiq qalaraq ictimai nəqliyyatda xaos və basabas hökm sürür.

Politika.Az



Oxunub: 3599


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il