Akif Çovdarov vəkillərindən imtina etdi - Səbəb

 Akif Çovdarov vəkillərindən imtina etdi
Akif Çovdarov vəkillərindən imtina edib

Politika.Az
musavat.com-a istinadən xəbər verir ki, bunu sayta açıqlamasında vəkil Kamandar Nəsibov deyib.

Vəkil bildirib ki, A.Çovdarov məhkəməyə etiraz olaraq onlardan imtina edib.

"Akif Çovdarov məhkəmədə dedi k, əgər vəkillərim mənim səhhətimlə bağlı bir iş görə bilmirlərsə, onların verdikləri heç bir vəsatət təmin olinmirsa, mən onların xidmətindən imtina edirəm. Çovdarov dedi ki, məhkəmə sifariş yerinə yetirir və ona qarşı qərəzlidir. Bu səbəbdən də vəkillərindən imtina ilə bağlı məhkəməyə yazılı müraciət verib"- vəkil açıqlamasında deyib.

K.Nəsibov onu da bildirib ki, Çovdarov məhkəməyə oksigen balonu ilə gətirilibmiş.

"Çovdarov nəfəs ala bilmədiyini deyir. Onu zorla məhkəməyə gətiriblər. Buna görə də o, etiraz edir. Biz vəsatət verdik ki, onun səhhəti ilə bağlı ekspertiza təyin olunsun. Digər vəsatətimiz məhkəmə heyətinə etirazla bağlı idi. Ancaq baxılmamış saxlanıldı"- deyə vəkil əlavə edib.

Qeyd edək ki, Çovdarovun vəkillərdən imtina ilə bağlı müraciəti baxılmamış saxlanılıb.

Məhkəmə prosesi noyabrın 15-nə təxirə salınıb.

Politika.Az



Oxunub: 570


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il