Şagirdinə qarşı əxlaqsızlıqda təqsirləndirilən direktor işdən qovuldu - Rəsmi

Şagirdinə qarşı əxlaqsızlıqda təqsirləndirilən direktor işdən qovuldu
Zərdabın Şahhüseynli kəndində şagirdinə qarşı seksual hərəkətlər etməkdə təqsirləndirilən məktəbin direktor əvəzi Ceyhun Tofiqli işdən çıxarılıb

Bu barədə Zərdab rayon Təhsil Şöbəsindən bildirilib. C. Tofiqlinin vəzifəsinə noyabrın 16-dan xitam verilib.

***

Bir neçə gün əvvəl şagirdinə qarşı seksual xarakterli zorakılıq əməli törətməkdə şübhəli bilinərək polis tərəfindən saxlanılan Zərdab rayon Şahhüseynli kənd orta məktəbinin direktoru Ceyhun Tofiqli sərbəst buraxılıb. Zərdab rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, C. Tofiqlinin izahatı alınıb və o, sərbəst buraxılıb.

Hadisə ictimailəşəndən sonra qızın valideynləri müraciətlərini geri götürüblər. Onlar hər hansı seksual xarakterli zorakılığın şahidi olmadıqlarını bildiriblər.

Bildirilir ki, kənd sakinləri C.Tofiqlinin yenidən məktəbə rəhbərlik etməsinin, ümumiyyətlə Şahhüseynlidə yaşamasının əleyhinədir. Onlar direktoru kəndə buraxmayacaqlarını deyiblər.

Qeyd edək ki, C.Tofiqli daha əvvəl 2 dəfə ailə qurub və boşanıb. Onun 3-cü həyat yoldaşı isə məlum hadisədən sonra 2 uşağını da götürərək Cəlilabada - ata evinə qayıdıb.

Politika.Az



Oxunub: 631


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il