40 gün sonra üçün plan - Dollar yeni ilə - 2.00 manat olacaq

40 gün sonra üçün plan
Banklar dollar satışına məhdudiyyətlər tətbiq edib. Səhər saatlarında bəzi banklar müəyyən məbləğdə dollar satsa da günün ikinci yarısından sonra ümumiyyətlə dollar satışını dayandırırlar

Bunun səbəbi isə ölkədə yaranan dollar qıtlığıdır. Bankların valyuta tələbatı yüksəkdir, amma Mərkəzi Bank bu tələbləri qarşılaya bilmir. Mərkəzi Bank həftədə 2 dəfə hərrac keçirir və hər dəfə bazara yalnız 50 milyon dollar çıxarır.

Mərkəzi Bankın bundan artığına gücü çatmır. Çünki Mərkəzi Bank satış üçün nəzərdə tutulan valyutanın 95 faizini artıq satıb. İlin sonuna qədər Mərkəzi Bank ancaq bu templə davam edə biləcək. Mərkəzi Bankın hərraca çıxardığı valyuta tələbatı ödəmədiyi üçün dollar qıtlığı daha da artır və bu məzənnəyə də təsirsiz ötüşmür. Bəs banklar nə zaman açıq dollar satışına başlayacaq?

Məzənnə 2.90 olacaq

Cari ilin sonuna qədər mövcud tendensiya davam edəcək. Banklarda dolların açıq satışı Mərkəzi Bankın bazara aktiv müdaxiləsindən sonra başlayacaq. Bunun üçün 2017-ci ilin büdcəsi təsdiq olunmalıdır. 2017-ci ilin büdcəsi təsdiq olunandan sonra Mərkəzi Bank ilk valyuta hərracına 300-350 milyon dollar çıxaracaq. Bu da kommersiya banklarının tələbinin 75-80 faizi deməkdir. Hərracda aktiv iştirak edən banklar yenidən dollar satışına start verəcək. Bununla da əhali arasında yaranan dollar ajiotajı nisbətən səngiyəcək. Ancaq dolların məzənnəsində elə də ciddi dəyişiklik baş verməyəcək. Dollar yeni ilə - 2.00 manatla başlayacaq və 2017-nin sonuna qədər 2.80-2.90 manata qədər bahalaşacaq. Manatın bu qədər ucuzlaşması qaçılmazdır.

Mərkəzi Bankın maliyyə resursları isə təhlükə həddə çatıb və ona görə də süni müdaxilələr etmək imkanını da itirib. Əslində Mərkəzi Bankın manatı süni şəkildə möhkəmləndirməyə çalışması yanlış addım idi. Üzən məzənnə rejiminə keçiddən sonra Mərkəzi Bank manata heç bir müdaxilə etməməli idi. Manat bazar şərtlərinə uyğun olaraq öz dəyərini tapana qədər mərhələli şəkildə ucuzlaşmalı idi. Bu daha uyğun addım olardı. Ancaq Mərkəzi Bank manat üçün sərt gediş etdi və manatı süni şəkildə möhkəmləndirməyə çalışdı.

Ölkədə süni manat qıtlığı yaratdı və bunun nəticəsi kimi tədiyyə balansında təkcə avqust ayında 200 min manat azalma qeydə alındı. Dollar ajiotajı artır Manatın ucuzlaşmasında neftin də xüsusi payı var. Dünya bazarında neftin qiymətində baş verən kəskin ucuzlaşma ölkəyə valyuta axınının azalmasına səbəb oldu. İqtisadiyyatın neftin asılı olduğu üçün bu milli valyutaya təzyiqləri də artırdı.

Ekspertlərin fikrincə, dünya bazarında neftin qiyməti 2017-ci ildə də 45-50 dollardan yuxarı olmayacaq. Digər tərəfdən də Azərbaycan hökuməti ilkin büdcə layihəsində neftin qiymətini 40 dollar götürüb. Bu da manata olan ümidərin üzərindən birbaşa xətt çəkir. Digər tərəfdən daha çox pul qazanmaq üçün birdən birə ortaya çıxan "dollar alverçiləri" "qara bazar"ın çiçəklənməsinə zəmin yaratdılar.

"Qara bazar"a düşən dollar isə günü-gündən daha da möhkəmlənməyə başlandı və bu manatın gələcək taleyini sual altına saldı. Banklar da "qara bazar"ın inkişafında önəmli rol oynadılar. Belə ki, banklar da hərraclardan aldıqları dolları daha baha və vergi ödəmədən satmaq üçün "qara bazar"a ötürdülər. Bu da ölkədə dollar ajiotajının və qıtlığının artmasına səbəb oldu.(cebhe.info)

Politika.Az



Oxunub: 2130


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il