İlham Əliyevin gömrük islahatında müdhiş rekord - Politika.Az-ın araşdırması

İlham Əliyevin gömrük islahatında müdhiş rekord
Prezident İlham Əliyevin idxal malları ilə bağlı gömrük islahatları müsbət nəticələr verməkdədir; Bu effektiv idarəetmə üsulu rəqəmlərdə və statistika öz əksini tapmağa başlayıb...

Politika.Az xəbər verir ki,
idxal rüsumlarının artırılması ilə bərabər monopolistlərin təsir imkanlarının zəiflədilməsi dövlət iqtisadiyyatına rekord həddə impuls verib.

2015-ci ilin 9 ayıda ölkəyə idxal olunan trikotaj və toxuculuq məmulatlarının dəyəri 35.6 mln. dollar olub. 2016-cı ilin 9 ayında bu göstərici 163.7 mln. dollara yüksəlib - 5 dəfəyə yaxın artım var.

2015-ci ilin 9 ayıda ölkəyə idxal olunan ayaqabı və baş geyimlərinin dəyəri 5.9 mln. dollar olub. 2016-cı ilin 9 ayında bu göstərici 51.7 mln. dollara yüksəlib - 9 dəfəyə yaxın artım var. Kimsə iddia edə bilməz ki, 1 ildə tələbat bu qədər artıb.

Xüsusilə də əhalinin alıcılıq qabiliyyətinin sürətlə itirildiyi, qeyri-ərzaq mallarına tələbatın əvvəlki illərlə müqayisədə xeyli azaldığı şəraitdə geyim əşyalarına tələbatın birdən-birə 8-9 dəfə artması absurd arqument olardı.

Məmurlar özləri də artıq etiraf edirlər ki, bu gömrükdə islahatlar çərçivəsində leqallaşmanın nəticəsidir. İllərdir ki, ölkə nə dərinlikdə bataqlığın içərisində boğulurdu.

Sadəcə neftin çəkdiyi qara pərdə bunları görməyə imkan vermirdi. Bu pərdə qalxdıqca səhnənin arxasında gizli qalan heç nə olmayacaq. Prezidentin müdaxiləsi və reformalara yönəlik fərmanlarından sonra inhisarçı qüvvələrin beli sındırıldı.

Politika.Az xəbər verir ki, yuxarıda təqdim olunan rəqəmlər real mənzərəni çılpaq şəkildə ortaya qoyur. Dövlət idarəçiliyində olan islahatçı məmurlar bu nəticələri prezidentin masasına təqdim edib.

Məlum olub ki, İ.Əliyevin inqilabi islahatları nəticəsində gömrükdə böyük bir sədd aşılıb. Təbii ki, brokerlərin, inhisarçıların maraqlarına zidd olan bu islahatlar ölkə iqtisadiyyatına və sahibkarların, xalqın mənafeyinə uyğun həyata keçirilir.

Bundan sonra prezident İlham Əliyev gömrükdə idxal rüsumlarının artmasından sui-istifadə edərək bazarda bahalaşma yaradanları cəzalandıracaq.

Həmin qruplaşmalar gömrükdə idxal rüsumlarının artmasını bəhanə edərək bahalaşma ajiotajı yaradır. Bu da cəmiyyətdə panikaya və gərginliyə səbəb olur.

İnsanların maddi vəziyyəti getdikcə çətinləşir. Milli Məclisdə bəzi deputatlar da dilə gəliblər. Prezident də dəfələrlə tapşırıb ki, sahibkarlara imkan verin, süni qiymət artımına getməyin. Ancaq bəziləri az qalan hər fərmandan, hər sərəncamdan öz məqsədləri naminə istifadə edir.

Politika.Az xəbər verir ki, “Gömrük brokerlərinin dövlət reyestrinin aparılması Qaydaları”nda dəyişikliklər edilməsi də bürokratlara növbəti sarsıdıcı zərbə kimi qiymətləndirilir.

Habelə, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi ilə bağlı qanunvericilikdə yeni sistem tətbiq olunacaq. Bu da məmurlara ağır cəzadır.

Noyabrın 3-dən Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” dəyişikliklər edilməsi barədə qərarı qüvvəyə minib.

Dəyişikliklərlə bağlı qərarı baş nazir Artur Rasizadə bir müddət öncə imzalayıb. Qərar iki il müddətində qüvvədə olacaq. Dəyişikliyə əsasən, Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar, 1 kq soğan üçün 0,2 dollar, 1kq xiyar üçün 0,2 dollar, 1 kq qoz-fındıq üçün 1,5 dollar, 1 kq üzüm üçün 0,4 dollar, 1 kq alma (sidr istehsalı üçün, qalama (qabsız), sentyabrın 16-dan dekabrın 15-dək), armud (perrinin və ya armud sidrinin istehsalı üçün, qalama (qabsız), avqustun 1-dən dekabrın 31-dək), heyva üçün 0,3 dollar, 1 kq xurma üçün 0,3 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib.

Politika.Az



Oxunub: 6548


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il