İlin ən passiv xanım deputatı: Dilarə Cəbrayılova kimdir? - İlginc

Dilarə Cəbrayılova kimdir?
Cəbrayılova Dilarə Məmmədağa qızı. O, 27 saylı Sabunçu ikinci seçki dairəsinin deputatıdır

Politika.Az xəbər verir ki,
Milli Məclisdə iki ildə onun səsi duyulmayıb. Xanım deputat xanım həmkarlarından siyasi passivliyi ilə fərqlənir.

Parlamentdə Mehriban Əliyeva, Qənirə Paşayeva, Bahar Muradova, Məlahət İbrahimqızı, Elmira Axundova kifayət qədər fəal millət vəkilləridir. Onların Milli Məclisin iclaslarında çıxışları, təklifləri, müxtəlif hadisələrə münasibətini görmək olar.

Həmçinin, mediaya açıq və tez-tez müsahibələr verən xanım millət vəkilləridir. Bu siyahıda Zeynəb Xanlarova, Sahibə Qafarova, Jalə Əliyeva da nisbətən fəal millət vəkili hesab oluna bilər.

Amma Dilarə Cəbrayılovanın nə səsini eşidən olub, nə mətbuatda çıxışını görən olub. İnternetdə axtarış verdikdə də xanım deputatın hər hansı fəaliyyəti nəzərə çarpmadı.

Hətta sorğu keçirilsə, Dilarə xanım ilin ən passiv deputatı adını qazana bilər. Milli Məclisdə qanun layihələri, Qarabağ mövzusu, iqtisadi proseslər, cərimələr və s. barədə müzakirələr aparılır. Bunların heç birində D.Cəbrayılovanın iştirakını görmək mümkün deyil.

Politika.Az xəbər verir ki, onun adı mətbuatda həm deputat, həm də məktəb direktoru kimi keçir. Hər iki vəzifəni daşıyan Dilarə xanım mandatı olsa da, 295 saylı məktəbdən vaz keçmir.

Məktəb direktoru inzibati vəzifə sayıldığı və təyinatla olduğu səbəbindən Dilarə xanımın mandat daşımaqla yanaşı, həm də 295 saylı məktəbə rəhbərlik etməsi qanunauyğun deyil.

Təhsil naziri Mikayıl Cabbarov isə bu hala göz yumur. Xanım deputatın yalnız bir açıqlamasına rast gəldik ki, o da YAP-ın rəsmi saytında yerləşdirilib.

Ölkənin müxtəlif problemləri olduğu halda xanım parlamentari “Məktəbəqədər təhsil haqqında» qanunun dövlətin təhsil siyasətinin hüquqi bazasını daha da təkmilləşdirməsindən danışıb. Parlamentdə xeyli sayda “lal” deputatlar var. Seçiciləri də deputatlarının onlarla nə vaxt görüşdüyünü xatırlamır.

Politika.Az



Oxunub: 3361


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il