Dotasiyası kəsilən rayonların şok siyahısı: bu başçılar təşvişdə - ÖZƏL

bu başçılar təşvişdə
Məlum olduğu kimi, 2017-ci il büdcəsində 33 rayona mərkəzdən dotasiyalar tamam ləğv edilir, qalanlarına da minimuma endirilir

Politika.Az bu rayonlardan bəzilərinin hansılar olduğunu öyrənib.
Əməkdaşımıza verilən xəbərə görə, siyahıya fəaliyyəti qənaətbəx olmayan icra hakimiyyətləri daxildir.

Məlumatda deyilir ki, Hacıqabul, Beyləqan, Saatlı, Sabirabad, Ağcabədi rayonlarının dotasiyası kəsilir. Bu regionların dotasiyalarının dayandırılması qərara alınıb. Eləcə də Xaçmaz, Siyəzən, Xızı və Şabran, Qusar rayonlarının da daxili gücü hesabına özünü saxlaması məqsədəuyğun görülüb.

Mənbənin qeydlərinə görə, siyahıda daha beş rayonun da adı var. İddialara görə, Şəmkir, Qazax, Gəncə, habelə Zaqatala-Balakənin adı var.

Ümumilikdə, 33 rayon dövlət vəsaitindən məhrum olunur. Hakimiyyət qənaət rejiminə keçib. İqtisadi böhran və neftin ucuzlaşması vəziyyəti dramatikləşdirib. Hökumət yeni iqtisadi konsepsiya və strategiya ilə meydana çıxır.

Məqsəd 2017-ci ildə xərcləri azaltmaq, daha az itkiyə yol vermək və büdcəni doldurmaqdır. Hakimiyyət düşərgəsində ciddi narazılıq baş qaldırıb. Ölkə rəhbərliyi icra hakimiyyətlərinin fəaliyyətindən heç də razı deyil.

Politika.Az xəbər verir ki, sentyabrın 26-da keçiriləcək Konstitusiyaya dəyişikliklərlə bağlı referendumdan sonra idarəetmə sistemində ciddi dəyişikliklər gözlənilməsi ilə bağlı, mətbuatda bir xeyli məlumatlar dolaşırdı.

Qeyd olunurdu ki, idarəetmə islahatları ilk növbədə regional idarəetmə strukturunun təkmilləşdirilməsi və rayon (şəhər) icra hakimiyyətlərinin ləğvini nəzərdə tutur.

Beləki hazırda ölkədə 11 respublika tabeli şəhər (Bakı, Gəncə, Xankəndi, Lənkəran, Mingəçevir, Naftalan. Naxçıvan (Muxtar Respublika tabeliyində), Sumqayıt, Şəki, Şirvan (keçmiş Əli Bayramlı) Yevlax), 66 rayon daxildir.

Bakı və Naxçıvanı çıxmaq şərti ilə, qalan 9 şəhər mərkəz olmaqla 9 vilayətin yaradılması nəzərdə tutulması haqda məqalələr yazılırdı.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun sözlərinə görə, regional idarəetmə strukturunun təkmilləşdirilməsi ilə bağlı prezident tərəfindən işlər görülür:

"Dünən də böyük bir fərman verildi. Bir sıra agentliklər və dövlət təşkilatları publik hüquqi şəxsə çevrildi. Bu da dövlət strukturunda olan islahatlarla əlaqədar idi. Bu prosses prezident tərəfindən həyata keçrilir.

Bunu birdən-birə həyata keçirmək mümkün deyil. Burda insan resursları və digər məsələlər var. Regionlarla əlaqədar məslələr də gündəmdədir. Mətbuatda da bununla əlaqədar məlumtalar var. Bunun üzərində işlər gedir".

Deputat bildirib ki, İcralar da regional ola bilər: "Ya da bir neçə rayonun birləşdirilməsi prinsipi ilə bu məsələ aparıla bilər. Bunlar hamsı dövlət başçısının səlahiyyətində olan məsələlərdir. Bunun üçün bölgənin iqtisadi vəziyyət və problemləri düşünülür, hesablanır. Bundan sonra hər hansı bir qərar qəbul olunur".

Politika.Az yada salır ki, rayon rəhbərləri bu günə kimi mərkəzdən ayrılan pulların mənimsənilməsi hesabına varlanıb. Böhranın 33 rayonun pulunu kəsməsi nəticəsində onların pnikada olduğu bildirilir.

Bu ajiotaj digər rayonların da icra hakimlərində təşviş yaradıb. Yeni ilin ortalarında eyni qərarın onları da gözlədiyi istisna edilmir.

Respublikanın bir sıra bölgələrində narazılıqlar baş qaldırmaqdadır. Əyalətlərdə ağır və yoxsul həyat yaşayan insanlar məmurların qudurğanlığından beziblər.

Politika.Az



Oxunub: 8924


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il