Naxçıvan Dubay və digər azad iqtisadi zonalar səviyyəsinə yüksələ bilər

Naxçıvan Dubay və digər azad iqtisadi zonalar səviyyəsinə yüksələ bilər
Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi İlham Əliyevin İslam Əmkəkdaşlıq Təşkilatına, Azərbaycana və Naxçıvana böyük töhfəsi olacaq

Naxçıvanın İslam dünyasının böyük paytaxt şəhərlərindən biri səviyyəsinə yüksəlmək imkanları yaranacaq.

Öncə Naxçıvanın Azərbaycanın Gəncə və Sumqayıt kimi şəhərləri sırasına yüksəlmək imkanları olacaq. Daha sonra Naxçıvan onları da qabaqlayacaq. Naxçıvan təhsil, elm və böyük mədəniyyət mərkəzi olacaq.

Naxçıvanın İslam mədəniyyətinin paytaxtı olması nəhəng maliyyə resursları olan İslam ölkələrinin Naxçıvana böyük maliyyə yatırımları ilə nəticələnə bilər.
Bununla Naxçıvan tamamilə blokada vəziyyətindən çıxa bilər.

O zaman Naxçıvanı Türkiyə ilə birləşdirən Sədərək körpüsü- Heydər Əliyevin saldırdığı Ümid körpsü həm də İnkişaf körpüsü olacaq.

Naxçıvanın blokada vəziyyətindən çıxması və yüksək inkişafı Qarabağ probleminin həll olunması yolunda da mühüm addım olacaq.

Naxçıvanın inkişafı Azərbaycanın da inkişafında mühüm rol oynayacaq.

Türkiyə ilə Rusiya arasında münasibətlərin yaxşılığa doğru inkişafı Azərbaycan və Naxçıvan iqtisadiyyatının yüksəlməsinə yardım edəcək. Naxçıvanın bilavasitə Rusiya ilə və İƏT ölkələri ilə iqtisadi əlaqələr qurmaq imkanları yaranacaq.

Yaxşı olar ki, 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan edilən Naxçıvan həm də azad iqtisadi zonaya çevrilsin.

O zaman Naxçıvanda işsizlik tamamilə ləğv olunacaq. Naxçıvana Azərbaycanın hər yerindən işçi qüvvəsi axını başlayacaq. Naxçıvan Dubay və digər azad iqtisadi zonaların səviyyəsinə yüksələcək.

Yuxarıda sadaladığım imkanların reallaşdırılması İƏT-in Azərbaycanla və Rusiya ilə əlaqələrində yeni və mühüm dönəm yaradacaq.

Prof.Dr. Qüdrət İsaqov


Politika.Az



Oxunub: 1269


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il