Dolların “qara bazarı” bayram edir, milyonlar hara daşınır? - Şok təfsilat

Dolların “qara bazarı” bayram edir, milyonlar hara daşınır?
Qara bazar”da 1 dollar 1.80-1.90 manat arasında dəyişir; Rəsmi qurumlar isə “qara bazar”ı bağlamaq üçün hər hansı addım atmır. Beləcə ölkədə dollar “cinayət”i tüğyan etməkdə davam edir...

Politika.Az xəbər verir ki, hazırda külli miqdarda valyuta xaricə daşınır. Bildiyiniz kimi banklarda dollar satışı müəyyən məhdudiyyətlə həyata keçirilir, həm də şəxsiyyət vəsiqəsi tələb edilir.

Böyük rüşvət pulları əldə edən məmurlar isə həmin limitlə kifayətlənə bilməz. Ona görə də məhz “qara bazar”a üz tuturlar. Beləcə ölkədən çıxarılan dollar, ölkəyə gətirilən dolları üstələyir.

Politika.Az xatırladır ki, keçirilən hərraclarda satışa nağd dollar çıxarılmır. AMB formal keçirdiyi hərraclar az qala kosmetik xarakter daşıyır. Satışa çıxarıldığı iddia olunan dollar kütləsi banklara nağd olaraq deyil, depozit şəklində satılır.

Mərkəzi Bankdan özəl banklara tövsiyyə olunur ki, depoziti satışa çıxarsınlar. Məhz buna görə də, banklarda dollar qıtlığı yaranır və ajiotajı yaşanır.

Nəticədə isə banklar dollar sata bilmir. Bu da bir daha təsdiq edir ki, dollarlar başqa istiqamətə daşınır. Bəlli olur ki, Mərkəzi Bank banklara dollar paylamır və süni ajiotaj yaradır. Hərraca çıxarılan vəsaitlərin hara yönəldiyi müəmmalı olaraq qalır.

Bu baxımdan dollar ajiotajı yaşanır. Banklar isə izahat verə bilmir. Onlar Mərkəzi Bankın əməlini ifşa etmək əvəzinə susur və bu yalana şərik olurlar. Baş bankir Elman Rüstəmovun yarıtmaz pul siyasəti ölkə iqtisadiyyatına sarsıdıcı zərbə vurub.

Ümid ancaq prezident İlham Əliyevə qalıb. Mərkəzi Bank devalvasiyasının növbəti dəfə olacağını nə təkzib edir, nə təsdiq. Bu susqunluq dəhşətli bir vahimə yaradır. Dolların hər gün kursunun dəyişməsi və qalxması ilə paralel olaraq bazarlarda qiymətlər də kəllə-çarxdadır.

Politika.Az



Oxunub: 4943


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il