“Azəriqaz” xalqı bahalı qazla “boğur” - Real faktlar

“Azəriqaz” xalqı bahalı qazla “boğur”
“Azəriqaz” İstehsalat Birliyi bahalaşdırdığı qazı da normal təzyiqlərə evlərə paylamır

Politika.Az-ın məlumatına görə,
paytaxtın bir çox ərazilərində qazın təzyiqi aşağıdır və camaat soyuqdan donur. Buna aid real faktlara nəzər yetirmək lazımdır.

Bahadur Bilalov: “Şikayətim "Azəriqaz"dandır. Əgər qazınız yoxdursa, bunu birdəfəlik boynunuza alın. Tağı Əhmədov demişkən "burcutmayın". Yoxsa qiyməti qaldırırsınız, amma evlərə qaz vermirsiniz. Bir aydan çoxdur ki, Yasamal rayonunda H.Zərdabi küç.71 A saylı binada insanların əsəbi ilə oynayırsınız. Bütün sutka qaz artır, azalır. Hətta kəsilir. Buna nə zaman son qoyacaqsınız?”

Faiq Novruzov qeyd edir: Kəsilir, kəsilsin də. Azalsın, çoxalsın. Kimin körpəsi xəstələnir xəstələnsin, kimin yaşlısı üşüyür üşüsün. Nə olsun ki? Əsas odur ki hörmətə layiq idarəçilərimiz bu cür problemlərlə qarşı qarşıya deyillər.

Onlar üşüməsin. Onlar narahat olmasınlar. Bizlərə nə olur olsun. Onsuz da bir neçə nəfər etiraz bildirəcək, yerdə qalanlar lal, kar və kor karikaturasını yamsılayaraq susacaq. Bizə elə bu cür yaxşıdır. Hələ bu da azdır”.

Məmməd Həsənli: “Köhnə Günəşli də bu gündədir. Bizə su saatla gəlir, axşam 7-dən 10-a qədər su gələn saatdan qaz yoxa çıxır. Vallah, qonşularımız var ki, uşaqlarını çimdirə bilmirlər qazın zəifliyindən”.

Fuad Hüseynov: “Əsəd Əhmədov küçəsində də eyni vəziyyətdir”.

Politika.Az-ın xəbərinə görə, vətəndaşların qaz sayğacı bir neçə il bundan öncə quraşdırılanda evlərə əlavə minumum 150 manat qeyri-qanuni yükləmə olunub. Bu hadisə ilə bağlı Goranboy rayon sakinləri müraciətində bildirirlər.

Tarif Şurası noyabrın 28-də kommunal xidmətlərin bahalaşması ilə qərar verib. Təbii qazın qiyməti Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında artırılıb. SOCAR bir sıra “səbəblər” sadalayandan sonra Tarif Şurasından təbii qazın min kubmetrinin bütün istehlakçılar üçün 180 manat müəyyən edilməsini istəyib.

Tarif Şurasının qərarı ilə təbii qazın pərakəndə satış qiyməti əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Politika.Az



Oxunub: 3361


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il