İqtidar postneft planı “xod”ladı: vilayətlərin yaradılması çox yaxında - Təfsilat

vilayətlərin yaradılması çox yaxında
Hakimiyyətin postneft dövrü ilə bağlı idarəetmə sistemində dəyişiklikləri reallaşmaqdadır

Politika.Az-ın Analitik Mərkəzinin yaydığı məlumata görə,
vilayətlərin yaradılması artıq gerçəkləşir.

Hökuməti icra hakimiyyətlərinin səmərəsiz fəaliyyəti qane etmir. İqtisadi bloka aid olan komanda vilayətlərin yaradılması ideyasını həyata keçirməyə çox yaxındır.

İqtisadi çətinliklər fonunda rayonlarda xüsusi iqtisadi zonaların yaradılması, inzibati-administrativ bölgüyə yenidən baxılması, rayonların birləşdirilib sayının azaldılması məqsədəuyğun hesab olunur.

Düzdür, bu dəyişiklik yerli icra hakimiyyəti başçılarının ürəyincə deyil, amma onlar vəziyyətlə barışmalıdırlar. Bəzi məlumatlara görə, Azərbaycanın xarici sahibkarlara əlçatanlılığının təminatı, investisiyaların cəlbi baxımından ciddi islahatlar aparılacağı istisna edilmir.

Bu islahatlar nəticəsində ölkə ərazisindəki rayonların birləşdiriləcəyi, Sumqayıt, Quba, Qəbələ, Şirvan, Şamaxı, Lənkəran, Beyləqan, Bərdə, Gəncə, Göyçay, Yevlax, Şəki, Şəmkir vilayətlərinin yaradılacağı bildirilir.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev də deyib ki, hələlik bu barədə rəsmi fikir yoxdur:

“Bu, dövlət başçısının səlahiyyətlərinə aid olan məsələdir. Əgər doğrudan da dövlət başçısı perspektiv və nəticələri nəzərə alaraq belə bir məsləhət görəcəksə, bu birləşmələr zərurət olacaq.

Amma şəxsən bir vətəndaş olaraq belə addımlara getməzdən əvvəl diqqətli olmağın vacibliyini demək istəyirəm. Çünki Azərbaycan kiçik bir ölkədir. Məsələn, Rusiya kimi bir ölkənin elə bir quberniyası var ki, orada 18-20 milyon əhali yaşayır.

Orada yaradılan quberniyalar effekt verir yoxsa yox, biz bunu deyə bilmərik. Amma Azərbaycanda vilayətlərin yaradılması ilə bağlı danışılsa da, söhbətlər getsə də, qəti bir təklif yoxdur”.

Deputat, ayrı-ayrı rayonların birləşdirilərək vilayət yaradılması ilə mərkəzi hakimiyyətin yükünün azaldılacağı fikirlərini də şərh edib:

“Əvvəllər belə olub. Vilayətlərin yaradılması düşünülmüş şəkildə olmalıdır. Bəzi sahələr var ki, regionlarda şöbələri yaradılıb. Açığını deyim ki, bunlar çox vaxt effekt vermir.

Məsələn, adi bir işıq məsələsini həll etmək üçün rayonda olan işıq idarəsinə müraciət edirsən, amma həll edə bilmirlər. Onlar ötürür regional idarəyə, oradan da Bakıya.

Bu da uzun müddət alır. Biz bu gün hakimiyyəti yerlərə köçürməliyik ki, icraetmə çevik olsun. Mərhələli şəkildə olmaq özünü doğrultmur.

Cənab Prezident səlahiyyətləri daxilində bu prosesləri hamıdan yaxşı bilir, əgər belə bir islahatın keçirilməsi vacib olacaqsa, bir vətəndaş kimi bunu dəstəkləyəcəyik”.

Politika.Az xəbər verir ki, hazırkı bürokratik sistem, rayon icra başçılarının korperativ maraqları kökündən kəsilməlidir.

Ən başlıcası isə iri biznes qruplarının maraqlarını qoruması əlverişli biznes mühitinin formalaşmasını əngəlləyir. Bunun üçün regional idarəetmə qaydaları dəyişməli, bürokratik maneələr aradan qaldırılmalıdır.

Ən mühümi isə icra strukturları oliqarxiyanın nəzarətindən çıxarılmalı, birbaşa siyasi hakimiyyətin idarəçiliyinə verilməlidir. Bunun üçünsə indiki ərazi vahidlərinin dəyişdirilməsi, vilayətlərin yaradılması nəzərdə tutulur.

Vilayətlərin yaradılmasında bir məqsədi də mərkəzi hakimiyyətin yükünü azaltmaq və regional idarəedicilərin funksiyalarını artırmaq, dövlət xərclərini optimallaşdırmaqdır. Hesablamalara görə, bir rayon icra hakimiyyətinin saxlanılma xərcləri normalda birvilayət rəhbərliyinin saxlanılması üçün tam yetərlidir.

Politika.Az xatırladır ki, 2017-ci il büdcəsində 33 rayona mərkəzdən dotasiyalar tamam ləğv edilir, qalanlarına da minimuma endirilir. İqtisadi böhran büdcədə kəsir yaradıb və rayon icra hakimiyyətlərinə vəsait ayrılması dayandırılır.

Prezident İlham Əliyev də çıxışlarında qeyd edib ki, rayonlar artıq öz resursları hesabına dolanmalıdır. Rayon rəhbərləri bu günə kimi mərkəzdən ayrılan pulların mənimsənilməsi hesabına varlanıb.

Hakimiyyətin iqtisadi blokunda olan nazir və məmurların birgə müzakirəsi və dövlət rəhbərinin yekun qərarı belə olub ki, dotasiyalar dayandırılsın. Prezident Admininstrasiyası apardığı monitorinqlər zamanı müəyyən edib ki, büdcə vəsaitlərinin böyük hissəsi rayonlarda məmurlar tərəfindən çırpışdırılıb.

Politika.Az



Oxunub: 5364


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il