Bakı Nəqliyyat Agentliyi hərəkətə keçdi

Bakı Nəqliyyat Agentliyi hərəkətə keçdi
Bakı Nəqliyyat Agentliyi (BNA) şəhər nəqliyyat sistemində, xüsusən də sərnişin avtobuslarında təhlükəsizliyin və rahatlığın təmin edilməsi istiqamətində tədbirləri davam etdirir

Bu barədə Politika.Az-a adıçəkilən agentliyin İcitmai Əlaqələr və Maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev məlumat verib.
O, bildirib ki, bununla bağlı müntəzəm sərnişindaşıma ilə məşğul olan şirkətlər qarşısında ciddi tələblər qoyulsa da bəzi daşıyıcılar hələ də bu tələbləri tam eyerinə yetirmir. Bakı Nəqliyyat Agentliyi sərnişindaşıma ilə bağlı qoyulan tələbləri yerinə yetirməyən fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliyə uyğun ən sərt tədbirlər görməkdədir. Bu çərçivədə 195 nömrəli müntəzəm şəhərətrafı marşrut xətti üzrə sərnişindaşıma xidməti göstərən daşıyıcı şirkət ilə bağlanan müqaviləyə xitam verilib.

195 nömrəli marşut üzrə fəaliyyət göstərən avtobusların texniki cəhətdən istismara yararsız olması, təyin olunan iş saatına qədər işləməməsi və intervalın çox olması qeyd olunan marşrutdan istifadə edən sərnişinlərin ciddi narazılığna səbəb olurdu. Sərnişinlərin Bakı Nəqliyyat Agentliyinin ALO141 Çağrı Mərkəzinə etdiyi müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində 195 nömrəli marşrut üzrə sərnişindaşıma xidmətinin mövcud tələblərə əməl olunmadan, daşıyıcı şirkət tərəfindən marşrut xəttinə istifadəyə yararsız və texniki cəhətdən nasaz avtobuslar buraxılmaqla həyata keçirilməsi müəyyən edilib. Bakı Nəqliyyat Agentliyinin müvafiq sərəncamına əsasən 195 nömrəli marşrut üzrə sərnişindaşıma xidmətinin göstərilməsi müvəqqəti olaraq digər fərdi sahibkara havalə edilib. Sahibkara tapşırılıb ki, 195 nömrəli marşrut üzrə sərnişindaşımanı yenilənmiş avtobuslardan istifadə etməklə və müvafiq qanunvericiliyin tələblərinə uyğun olmaqla təşkil etməlidir.

Politika.Az



Oxunub: 957


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il