Gürcüstandan iqtidara çağırış: “Lotu Quli” ekstradisiya oluna bilər - Təfsilat

“Lotu Quli” ekstradisiya oluna bilər
“Lotu Quli” ləqəbli tanınmış avtoritet Nadir Səlifovun Gürcüstana ekstradisiyası yenidən gündəmə gəlib

Politika.Az-a verilən məlumata görə,
Marneulidə yaşayan azərbaycanlılar Səlifovun təhvil verilməsini xahiş edirlər.

“Lotu Quli”nin həmyerliləri Azərbaycan hökumətinə rəsmi müraciət etməyə hazırlaşır. Marneulidə olan həmkəndliləri məşhur “qanuni oğru”nun cəzasını Gürcüstanda çəkməsini istəyirlər.

Prezident İlham Əliyevə, xaric işlər naziri Elmar Məmmədyarova, ədliyyə naziri Fikrət Məmmədova bir qrup Gürcüstan azərbaycanlısı adından məktub ünvanlanacağı xəbər verilir.

Öz vətənində çox böyük hörmətə malik olan “qanuni oğru”ya Gürcüstan vətəndaşlığı verilməsi üçün yerli hökumətə də paralel olaraq müraciət edilməsi nəzərdə tutulub.

Bildirilir ki, onun Azərbaycan həbsxanasında saxlanması nə Bakıya lazımdır, nə də bunun hər hansı əhəmiyyəti var. Ona görə də öz vətənində cəzasının qalan hissəsini çəkməsi üçün Azərbaycan hakimiyyətinə müraciət göndəriləcək.

Politika.Az-a verilən məlumata görə, “Rövşən Lənkəranski”nin qətlindən sonra onunla uzun illərdir ki, konfliktdə olan “Quli”nin önə çıxacağı gözlənilən idi.
“Ded Xasan” klanına sadiq olan “Quli” Otar Bədəlovdan sonra “Marneuli klanı”nın lideri hesab olunur.

“Lotu Quli”nin ən yaxın dostu hesab edilən Otar Bədəlov (“Otar Marneulski”) 2003-cü il martın 21-də Moskvadakı “Sushi” adlı barda öldürülməsindən sonra “Quli”nin azərbaycanlı “qanuni oğru”larla münasibəti daha da pisləşmişdi. Otarın qətli Azərbaycan kriminal qruplaşmalarını iki barışmaz düşərgəyə böldü.

“Rövşən Lənkəranski”nin “Vaqif Marneulski” arasında konflikdən danışarkən 2010-cu ildə keçirilən bir “sxodka”nı yada salmaq lazım gəlir.

2010-cu ilin avqustunda V.Süleymanov münasibətlərini aydınlaşdırmaq üçün Rublevski yaxınlığında “Lənkəranski”yə yaxın “qanuni oğru” Cemal və Mamuko Mikeladze qardaşlarınıln kottecində toplaşıblar.

Məlumatlar var ki, bu “sxodka” məhz “Cemo” söz alandan sonra davaya çevrilib. Onun azərbaycanlı “qanuni oğru”ya iradına Vaqif Süleymanov adekvat cavab verib.

“Cemo” Vaqifi vurmaq istərkən (“qanui oğru”ya əl qaldırmaq bağışlanılmaz səhv sayılır) özü zərbə alıb. Bu “sxodka”dan sonra “Lənkəranski” ilə münasibətlər daha da pisləşib. “Cemo” isə Bıtırkada “Vaqif Marneulski” nin təşkil etdiyi “sxodka” da adını itirib.

50 yaşlı “Vaqif Marneulski” 2001-ci ildə “qanuni oğru” adını alıb. Onun “Quli” ilə güclərini birləşdirməsi Rusiyada azərbaycanlıların mövqelərinə təsir edə bilər. Belə ki, “Lənkəranski”nin qətlindən sonra azərbaycanlıların bazarlardan sıxışdırılması prosesi vüsət alıb.

Politika.Az



Oxunub: 1822


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il