Lənkəran Mərkəzi Xəstəxanasında uşaq ölümü - ÖZƏL

Lənkəran Mərkəzi Xəstəxanasında uşaq ölümü
Lənkəran Mərkəzi Xəstəxanasında yenə də uşaq ölümü baş verib

Bu barədə Politika.Az-a məlumatlı mənbə bildirib.
Bildirilir ki, Lənkəran rayon Ləj kənd sakini 1993-cü il təvəllüdlü Cəfərzadə Rufanə Natiq qızı 26 noyabr 2016 tarixdə qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. 9 gün sonra, yəni 5 dekabrda isə uşaq doğum şöbəsində ölüb.

Mənbə Politika.Az-a bildirib ki, ana hamiləlik dövrünü normal keçirib, vaxtlı-vaxtında tibbi müayinələrdə olub ki, sağlam uşaq dünyaya gətirsin: “Xəstə yaxınlarının fikrincə, uşağın ölümü həkim səhlənkarlığı ucbatından olub. Müalicə həkimi İsayev Mahir ailəyə sağlam uşaq vəd versə də, körpənin ölüm səbəbi haqda ağlabatan heç bir izahat verə bilməyib, çıxış yolunu isə ayaqyolunda gizlənməkdə görüb”.

Məlumatda o da bildirilir ki, belə hallar həmin həkimin işində dəfələrlə təkrarlansa da, hər dəfə hansısa qüvvələr tərəfindən ört-basdır edilir: “Məhz buna görə də, çox ailələr göz yaşlarına məhkum olurlar. Baş verə biləcək bədbəxtlikdən başqalarını xəbərdarlıq etmək üçün bu məlumatı ictimailəşdirmək lazımdır”.

Politika.Az



Oxunub: 790


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il