Tramp nazirin qoçularını harınlaşdırdı: müfəttişlər yenə “at oynadır” - Fakt

Tramp nazirin qoçularını harınlaşdırdı: müfəttişlər yenə “at oynadır”
ABŞ-da Trampın prezident seçilməsi nəqliyyat naziri Ziya Məmmədovun qoçularını yenidən fəallaşdırıb

Politika.Az xəbər verir ki,
nəqliyyat qoçuları iş başındadırlar.

Bir müddətdir gözə dəyməyən Dövlət Avtomobil Nəqliyyat Xidməti müfəttişləri yenidən reydlərə başlayıblar. Məlumatlara görə, nazirliyinin əməkdaşları şəhərin müxtəlif yerlərində reydlərə başlayıblar.

Media yazıb ki, nəqliyyat müfəttişləri Binəqədi rayonu "Daş Bazarı” adlanan ərazisində reydləri daha da intensivləşdiriblər. Buna səbəb adıçəkilən ərazidə yük avtomobillərin və taksi fəaliyyəti ilə məşğul olan insanların çoxluq təşkil etməsidir.

Ənənəvi olaraq reydlər zamanı qarşıdurma və mübahisələr yaranıb. Sürücülərin bir çoxunun sürücülük vəsiqələri əllərindən zorla alınıb. Nəqliyyat Nazirliyinin bir sıra səlahiyyətlərinin əlindən alınması ilə bağlı sərəncam imzalanmışdı.

Belə ki, taksi minik avtomobilləri ilə sərnişin daşınmasını həyata keçirən sadələşdirilmiş vergi ödəyicilərinə məxsus nəqliyyat vasitəsinə "fərqlənmə nişanı” verilməsi səlahiyyətləri Nəqliyyat Nazirliyinin tərkibindən çıxarılaraq ASAN Xidmətə verilmişdi.

Politika.Az-ın xəbərinə görə, Trampla işbirliyi olan Məmmədovun iqtidarda yüksəliş perspektivi qoçularının həvəsləndirib.

ABŞ-da oliqarx Donald Trampın zəfərinin sədası Azərbaycana qədər uzanıb. “Ağ ev”in sahibinin biznesmen olması Bakıda oliqarxiyaya çevrilmiş bir ailənin “papağını göyə ataraq” sevinməsi ilə müşayiət olunub.

Öləziməkdə və süqut etməkdə olan Məmmədovlar klanına qəflətən oksigen verildi. Nazir kimi səlahiyyətləri sıfıra endirilən, qardaşı mandatsız qalan, oğlu biznes fəaliyyətində tənəzzül dövrünü yaşayan Z.Məmmədov indi gələcəyə parlaq baxır.

Üstəlik, Trampın dostlarının həvəslənməsi ayrı-ayrı regionlarda nəqliyyat müfəttişlərini dövriyyəyə buraxmaq, sabiq deputat Elton Məmmədovu xaricdəki biznesinin başına keçirmək, mediada fəallaşmaqla müşahidə edilməkdədir.

Ziya Məmmədovun vitse-prezidentliyə yolununaçıldığı bildirilir. Onun Tramp sayəsində hakimiyyətdə mövqelərini möhkəmləndirməsi və Bakı ilə Vaşinqton münasibətlərində vasitəçilik etməsi son dərəcə realdır və mümkündür.

Politika.Az bildirir ki, heç bir halda nəqliyyat qoçularının yenidən taksilərin günün qara etməsinə haqq qazandırmır.

Bundan başqa xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklə taksi tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsi, sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş daşınma sənədləri olmadan sərnişin daşımalarının həyata keçirilməsi, avtomobil nəqliyyatı ilə yük daşınması qaydalarında nəzərdə tutulmuş daşınma şərtlərinin pozulması, xüsusi razılıq (lisenziya) olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması, yaxud lisenziya şərtlərinin pozulması, avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkətinin təhlükəsizliyinin pozulması ilə bağlı olan xeyli xətalar, iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması, avtobuslarda və taksi minik avtomobillərində sərnişinlərinin icbari fərdi qəza sığortasının olmaması və bəzi başqa xətaların törədilməsini aşkar etmək, onları törədənləri məsuliyyətə cəlb etmək Dövlət Yol Polisi tərəfindən həyata keçirilməsinə razılıq verilmişdi.

Politika.Az



Oxunub: 6470


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il