Hökumətdən rektorlara “sürpriz”: 4 universitet köçürülür - Təcili

Hökumətdən rektorlara “sürpriz”: 4 universitet köçürülür
Bakıda bəzi universitetlərin köçürülməsi planı icra edilə bilər

Politika.Az-ın əldə etdiyi məlumata görə,
Dövlət Neft Akademiyası, Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti və Texnologiyalar Universitetinin paytaxtdan başqa şəhərlərə köçürülməsi gündəmə gəlib.

Bakıda tələbələrin çoxluğunu və şəhərin sıxlığını nəzərə alaraq hökumət planı işə salmağa hazırlaşır. Bu həm də tələbələrin də xərclərinin azalması və qənaət etməsi anlamında müsbət addımdır. Rektorlar üçün əlverişli imkan olmasa da, tələbələrin xeyrinədir.

Bildirilir ki, həmin şəhərlərdə kirayə, ərzaq və nəqliyyat xərcləri az ola bilər. Dövlət Neft Akademiyasının Sumqayıta, Dövlət Pedaqoji Universitetinin Ələtə, Azərbaycan Texniki Universiteti və Texnologiyalar Universitetinin isə Şirvan şəhərinə köçürülməsi nəzərdə tutulur.

Hökumətdə bəziləri belə hesab edirdi ki, paytaxtın mərkəzində tıxacları azaltmaq üçün tədbirlərdən biri kimi universitetləri harasa şəhər ətrafına köçürmək, onlar üçün yeni binalar və kampuslar inşa etmək lazımdır. Bu plan Avropada da sınaqdan keçirilib.

Politika.Az-ın əldə etdiyi məlumata görə, hakimiyyətin inqilabi layihəsi olan bu projenin reallaşması aktualdır.

Yada salaq ki, iqtisadi vəziyyət paytaxtın köçürülməsini şərtləndirir. Bakıdakı sıxlıq, insanların yeganə qazanc yerinin bu şəhər olması, bütün nazirliklərin, komitələrin, universitetlərin paytaxtda yerləşməsi dözülməz bir şərait yaradıb.

Ötən il Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalama şöbəsinin müdiri Anar Bayramov demişdi:

“Paytaxtın mərkəzində fəaliyyət göstərən univeristetlər yaxın zamanlarda şəhərdən kənara köçürüləcək. Bununla bağlı təklif təsdiqlənməsi üçün Nazirlər Kabinetinə təqdim olunan Böyük Bakının Regional İnkişaf Planında öz əksini tapıb.

Hazırda bununla bağlı müzakirələr aparılır. Planın Nazirlər Kabineti tərəfindən təsdiq olunmasını gözləyirik. Qərar verildikdən sonra müvafiq işlərə başlanılacaq.
Univeristetlərin yeni binasının tikilməsi üçün hansı ərazilərdən torpaq ayrılması icra hakimiyyətlərinin səlahiyyətindədir.

Təhsil müəsissələrinin köçürüldüyü ərazilərdə tələbələrin rahatlığı üçün dünya standarlarına uyğun yataqxanalar və tələbələrin ehtiyacalarını qarşılayacaq hər bir şəraitin yaradılması nəzərdə tutulur.

Paytaxtdakı universitetlərin əksəriyyətinin şəhərin mərkəzində yerləşməsi avtomobil sıxlığının daha da artmasına səbəb olur. Belə ki, bu universitetlərdə təhsil alan tələbələrin də öz şəxsi avtomobillərindən istifadə etməsi və ya valideynlərin övladlarını maşınla gətirməsi də şəhərdə tıxacların yaranmasına şərait yaradır”.

Politika.Az



Oxunub: 16970


Loading...




Fikirlər


Şərh müəllifi: Müəllim                 Tarix: 8 dekabr 2016 20:38                 [ Cavabla ]
Bu məsələlər Bakı Dövlət Sosial-İqtisadi Kollecində aiddir. Təyinat edəndə biləsən ki, bu insan vəzifəyə layiqdir yoxsa aşıqdır.

                        

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il