Parlament bahalaşmaya üsyan edir, Yasamalın üç deputatı mürgüləyir - Fakt

Parlament bahalaşmaya üsyan edir, Yasamalın üç deputatı mürgüləyir
Bakının Yasamal rayonunu üç deputat təmsil edir

Politika.Az-ın məlumatına görə,
hər 3 millət vəkili Tarif Şurasının son qərarları və Milli Məclisin büdcə müzakirələrində susqunluq nümayiş etdirdilər.

Paytaxtın böyük rayonlarından birində deputat olan hər üç mandat sahibi proseslərdən kənarda qaldı.

Söhbət 15 saylı Yasamal birinci seçki dairəsindən Ülvi Quliyev, 16 saylı Yasamal ikinci seçki dairəsindən Aytən Mustafayeva, 17 saylı Yasamal üçüncü seçki dairəsindən Elşad Həsənovdan gedir.

Adıçəkilən deputatlar Bakının mərkəzi rayonlarından millət vəkili seçilməsinə baxmayaraq, millətin poblemləri barədə bir kəlmə də kəsmədilər. Yasamal problemlər girdabında boğulan rayondur.

Eyni zamanda günün aktual hadisələri var - kommunal bahalaşma, müavinətlərin kəsilməsi, əmək pensiyasına görə yaşın artırılması, köçkün uşaqlarına yemək pulunun kəsilməsi, bütün bu məsələlərdə hər üç deputatın səsi gəlmədi.

Dəfələrlə “lal” deputat rubrikasında müxtəlif mandat sahibləri haqda arayış təqdim etmişik. Hətta onların arasında da son qərarlar barəsindən çıxış edənlər və etirazını bildirənlər oldu.

Amma nə A.Mustafayeva, nə Ü.Quliyev, nə də E.Həsənov müzakirələrdə iştirak edirdi. Onların başının nəyə qarışdığı aydın deyil.

Politika.Az yada salır ki, Ü.Quliyevin biznesi var və əsasən dərman, aptek bazarında fəaliyyətdədir. Bildirilir ki, metronun “Nərimanov” stansiyasının yaxınlığındakı “Qala” restoranı da məhz deputat Ülvi Quliyevə məxsusdur.

Deputatın Yasamal rayonu ərzazində də bir neçə super-marketi və kafesi var. Məlumatda o da vurğulanır ki, deputatın biznes obyektləri təkcə Bakı şəhəri ilə məhdudlaşmır. Onun İsmayıllı rayonunda da biznes obyektləri var.

Ancaq deputatın bu obyektlərdə başqa iş adamları və vəzifəli şəxlərlə ortaq olduğu deyilir. Aytən Mustafayevanın oğlunun biznes fəaliyyəti ərzaq, meyvə, tərəvəz satışından tutmuş katric doldurumuna qədər “çox geniş sahə”ni əhatə edir.

Amma deputat oğlunun qazanc sferası bunlarla yekunlaşmır. Çünki İdeal Concept Group əsas pulu inşaat, reklam, “facilities management” kimi sahələrdən çıxarır. Görünür ki, baş biznesə qarışıb.

Azərbaycanın siyasi-iqtisadi həyatına bu qədər hadisə baş verməsinə baxmayaraq, deputatlar öz kainatında yaşayır. Deputatlar parlamentdə ağzını açıb bir kəlmə danışmayıb.

Politika.Az



Oxunub: 6754


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il