"Qanuni oğru" Rüfət Gəncinski Bakıya gətirilir - Video

"Qanuni oğru" Rüfət Gəncinski Bakıya gətirilir
Rövşən Lənkəranskinin ən yaxın adamı sayılan, Rüfət Gəncinski adı ilə tanınan 34 yaşlı Ülfət İsmayıl oğlu Tağıyev Rusiyada cəza çəkdiyi müəssisədən Bakıya ekstradisiya olunur

SalamNews-a etibarlı mənbənin verdiyi məlumata görə, Rüfət Gəncinski artıq cəza çəkdiyi yerdən yola salınıb, yaxın 2-3 ayda Bakıda olacaq. O, 2015-ci ildə Rusiyada 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum edilib.



Qeyd edək ki, Rüfət Gəncinskiyə “qanuni oğru” adını Rövşən Lənkəranski verib. R.Gəncinski 2013-cü ildə həmyerlisi, Lyublinsk bazarının həmtəsisçilərindən birini öldürməkdə və qanunsuz silah ticarəti ilə məşğul olmaqda təqsirli bilinib. O, həmçinin məşhur kriminal avtoritet Ded Xasanın ölümü ilə bağlı cinayət işində də əsas fiqurlardan biri hesab olunur. İttihamın irəli sürülməsinə rəğmən, azərbaycanlı kriminal avtoritet bildirib ki, o, sadəcə killerə nəzarət edib və əməliyyatın detallarını hazırlayıb. Rüfət Gəncinski bu qətlin təşkilatçısı və ya sifarişçisi olmadığını iddia edib.

Xatırladaq ki, Ülfət Tağıyev 2013-cü ilin payızında Moskva şəhərində saxlanılıb. “Rufo” adı ilə tanınan "qanuni oğru" saxta sənədlə Moskvaya gələndə tanınıb və yaxalanıb. R.Gəncinskini dəfələrlə Ded Xasanın qətlinə görə dindiriblər. Lakin o, kriminal avtoritetin qətlində hər hansı rolunun olduğunu inkar edib. “Köhnə Fayton” restoranının yaxınlığında görünməsini isə başqa həmkarları ilə görüşməsi ilə əsaslandırıb. Ded Xasanın yaşadığı evdə aparılan axtarış və onun ailə üzvlərinin dindirilməsi də heç bir nəticə verməyib.

Politika.Az



Oxunub: 3037


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il