Dollar 2 manata yaxınlaşır - “Qara bazar”da dolların alış qiyməti qalxdı

Dollar 2 manata yaxınlaşır
Axşam saatlarında Bakıda bəzi ərazilərdəki “qara bazar”da dolların bir qədər də qalxdığı bildirilir

“Marja”nın daimi oxucusunun verdiyi məlumata görə, “qara bazar”da dolların alış qiyməti 1.83 manata, satış qiyməti isə 1.8450 manata qalxıb.

Bundan əvvəl “qara bazar”da dolları 1.82 manata satmaq, 1.83 – 1.8350 manata almaq olurdu.

Dolların bahalaşması “qara bazara” qarşı aparılan mübarizə ilə bağlı ola bilər.

Hökumət “qara bazara” dollar ötürən bankirləri aşkar etmək üçün hərəkətə keçib. Bu da bankların işləmədiyi gündə qanunsuz bazara verilən dolları azaldıb. Dolların az məbləğlərdə də olsa banklarda satılmasına nail olmağa çalışılır.

Politika.Az



Oxunub: 2374


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il