Bir günlük şirkət milyonluq layihəni necə əldə etmişdir? - Təfərrüatlar (Fotolar)

Bir günlük şirkət milyonluq layihəni necə əldə etmişdir?
Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 №- li Bakının Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər görülməsi haqqında qərarı var. Həmin qərarla adı göstərilən rayonların ərazisində qəzalı vəziyyətdə, 15857 mənzildən ibarət olan 1094 bina sökülərək yenidən tikilməlidir

Qərara əsasən də bu işlərin aparılması tikinti şirkətlərinə həvalə edilir və həmin binaların sakinləridə tikinti şirkətinin vəsaiti hesabına müvəqqəti kirayə mənzillərdə yerləşdirilir. Daha sonra həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikilmiş binalarda mənzillər ayrılır. Demək olar ki, həmin rayonların hamsında sözügedən prosseslər başlayıb. Dünən bununla əlaqədar olaraq, iyirmiyə yaxın Nərimanov rayon sakini Hüquq Mərkəzimizə müraciət ediblər. Bildirdilər ki, onların binaları Metropark Ticarət Mərkəzinin qarşısında yerləşir və bir neçə aydır ki, binanın həyətində tikinti şirkətinin ofisi qurulub.

Bu şirkətin məqsədi sakinlərin mənzildən köçürülməsidir. Şirkətin səlahiyyətliləri sakinlərin evlərindən çıxıb kirayə evlərə köçməyi tələb edir. Guya, şirkət 18 ay ərzində sakinlərin kirayə haqqını ödəyəcək və bu müddət bitdikdən sonra köhnə binanın yerində tikilmiş yeni binada mənzilləri onların ixtiyarına verəcək.

Bununla əlaqədar Hacıbəyli Hüquq Mərkəzi Yalçın Hacıbəyli araşdırma aparıb. Yalçın Hacıbəyli qaynarinfo.az-a bildirdi ki, Nərimanov Rayon İcra Hakimiyyətinin Sərəncamı ilə həmin ərazidə binaların sökülməsi və yeni hündür mərtəbəli binaların tikilməsi həvalə edilmiş "Rahatlığın Məkanı-Gold" şirkəti ilə maraqlanarkən məlum oldu ki, tikinti şirkəti 22 aprel 2016-cı ildə yaradılıb və həmin gün də Nərimanov rayon ərazisində söküntü və tikinti işlərinin aparılması üçün Nərimanov rayon İcra Hakimiyyətinə A-001 nömrəli məktub ünvanlayıb, ilk məktubu olmasına baxmayaraq müraciəti çox "uğurlu" olub, həmin ərazilərdə 3028 mənzildən ibarət 219 binanın sökülməsi və yerində yeni binaların tikilməsi işlərinin aparılması İcra Hakimiyyəti tərəfindən onlara həvalə edilib.

Şirkət və rayon icra hakimiyyəti tərəfindən sakinlərə heç bir zəmanət verilmir ki, söküntüdən sonra tikiləcək binalarda sizlərə mənzillər veriləcək. Sadəcə olaraq şirkətlə sakinlər arasında müqavilə bağlanılması təklif olunur ki, həmin müqavilədə də nə tikintinin müddəti, nə təhvil veriləcək evlərinin təmir vəziyyəti, nə məsuliyyət, nə də ki zəmanət şərtləri qeyd olunub. Həmçinin, söküləcək binaların sökülməsinə, guya əsas olan Fövqaladə Hallar Nazirliyinin Aktı və ərazidə tikiləcək yeni binaların təsdiq edilmiş layihəsi də yoxdur. Nazirlər Kabinetinin qərarında və Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamında "sakinlərlə qarşılıqlı razılaşma əsasında köçürülmələri təmin edilsin" yazılsa da, tikinti şirkəti müxtəlif "təxribatlar" aparmaqla sakinlərin köçürülməsinə nail olmaq istəyir.

Bir neçə gün öncə Nərimanov rayon İcra Hakimiyyətinin birinci müavini Şahmar İbadov cavab verib. O, bildirib ki, Yalçın Hacıbəylinin yazdığı məqalə tamamilə yalnışdır, heç bir həqiqəti əks etdirmir. Belə ki, onun qeyd etdiyi "Rahatlığın Məkanı-Gold" MMC-yə rayon ərazisində cəmi bir ünvanda pilot layihəni həyata keçirməsi üçün yer ayrılıb və sərəncam verilib: "Həmin şirkətin sahibi əslən azərbaycanlıdır, xarici ölkə vətəndaşıdır, xarici investordur. Onun yeni yaranmış şirkəti haqqında isə deyə bilərəm ki, bu Rayon İcra Hakimiyyətinin tələbidir ki, bu da onun əvvəl Bakı şəhərində inşa etdikləri yaşayış binaları ilə Pilot layihənin fərqlənməsi üçündür".

Amma yaranmış vəziyyətlə bağlı kifayət qədər cavablandırılası suallar var: Bir gündə yaranan şirkətə böyük bir layihənin etibar edilməsi nə dərəcədə məqsədəuyğundur? Niyə bu layihələr açıq şəkildə keçirilən tenderlər vasitəsilə həyata keçirilmir? Layihələrin həyata keçirilməsi bir günlük şirkətlərə hansı kriteriyalar əsasında verilib? Dövlət niyə vətəndaşların bu prosesdə zərər çəkməyəcəyinə təminat vermir?

Bir günlük şirkət milyonluq layihəni necə əldə etmişdir?
Bir günlük şirkət milyonluq layihəni necə əldə etmişdir?
Bir günlük şirkət milyonluq layihəni necə əldə etmişdir?

Politika.Az



Oxunub: 948


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il