Sabiq icra başçısından istintaqa cəlb edilməsi xəbəri ilə bağlı - Açıqlama

Sabiq icra başçısından istintaqa cəlb edilməsi xəbəri ilə bağlı
Salyan Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tahir Kərimov həbs olunması və korrupsiya ittihamları üzrə istintaqa cəlb olunması ilə bağlı mətbuatda yayılan məlumatlara qısa münasibət bildirib

T.Kərimov ölkə.az-a açıqlamasında deyib ki, yayılan məlumatlar doğru deyil:

“Nə həbs, nə korrupsiya? Hamısı boş söhbətlərdir. Yayılan bu cür xəbərlərin hamısı yalandır. Mən heç bir istintaqa cəlb olunmamışam”.

Qeyd edək ki, bu gün ulu öndər Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar Fəxri Xiyabanı ziyarət edən insanlar arasında Tahir Kərimov da olub.

Politika.Az



Oxunub: 1188


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il